Sümükləri bərkidən, xərçəngdən qoruyan vitamin bu qidalarda var - SİYAHI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 985
Səs ver:
(səs: 0)
İnsan orqanizmi üçün ən əhəmiyyətli vitaminlərdən biri də D vitaminidir. D vitamininin əsas qaynağı isə günəşdir. Ancaq günəşə çıxma şansı az olanlar yedikləri qidalarla da bu ehtiyaclarını qarşılaya bilərlər. D vitamininin vəzifəsi, sümük yaranması üçün lazımlı olan maddələrin kalsium və fosforun bağırsaqlardan sorulmasını təmin etməkdir. Ciddi qaraciyər və böyrək xəstəliklərində D vitaminin olmaması böyük problemlər yaradır.

Günəşdən əlavə hansı qidalardan D vitamini alacağınızla bağlı sizə məlumat verir.
1. Qızıl balıq
2. Sazan balığı
3. Yumurta sarısı
4. İlbiz
5. Süd
6. Taxıl
7. Qatıq
8. Portağal suyu
9. Yemiş
10. Soğan
11. Limon
12. Çiyələk
13. Cəfəri
14. Qulançar

D vitamini çatışmazlığı ürək xəstəliklərindən tutmuş allergiyaya, maddələr mübadiləsinin pozulmasından xərçəngə qədər bir çox xəstəliklərə səbəb olur.

D vitaminin bədəndəki funksiyaları
- Nazik bağırsaqlardan kalsium və fosforun sorulmasını təşkil edərək sümük böyüməsi, sərtləşməsi və bərpasını təmin edir.

- Bakteriyaları öldürən zülal hüceyrələrinin çoxalmasına dəstək verir.

- Böyrək xəstəliklərində aşağı qan kalsiumu səviyyəsini nizamlayır.

- Əməliyyat sonrası əzələ sıxılmalarının qarşısını alır.

- Kalsiumla birlikdə sümük inkişafına dəstək olur.

- Azyaşlılarda və uşaqlarda sümük və dişlərin normal inkişaf və böyüməsini təmin edir
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri