Bədəndə dəmir əksikliyi simptomları və dəmirlə zəngin qidalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 11 006
Səs ver:
(səs: 2)
Ən çox məşhur olan narahatlıqların başında dəmir çatışmazlığına bağlı inkişaf edən qan azlığı xəstəliyidir. Sizlər üçün bu xəstəliyin hiyləgər hiyləgər irəliləyən əlamətlərini araşdırdıq.

Məhz dəmir çatışmazlığının məlum olmayan əlamətlərini Qadinla.com sizə təqdim edir

Qandakı hemoqlobin səviyyəsinin düşməsinə bağlı ortaya çıxan qan azlığında narahatlığının əsas səbəbi dəmir maddəsinin çatışmamazlığıdır. Hemoqlobin qandakı qırmızı hüceyrələrə rəngini verən oksigeni daşıyır. Aparılan tədqiqatlarda dünyada ən çox dəmir çatışmazlığının kişilərə nisbətən qadınlarda görüldüyü ortaya çıxarılmışdır.

DƏMİR ÇATIŞMAZLIĞININ ƏLAMƏTLƏRİ

Bədəndə dəmir əksikliyi simptomları və dəmirlə zəngin qidalar

Dəri rənginin bəyazlaşması

Gücsüz hərəkətlər və davamlı yuxu halı

Konsentrasiya pozğunluğu

Ani başlayan baş ağrısı və beyinin bədən hərəkətlərini idarə edə bilməməsi.

Qulaq guruldaması və daim dodaq kənarında uçuq çıxması

Dırnaq quruluşunun nazikləşdirməyə bağlı qırılmaların artması

Saç tökülməsi kimi əlamətlərlə özünü göstərir.

Dəmir çatışmazlığının yüksək səviyyədəki əlamətləri isə; Panik ataka bənzər ürək döyüntüsü yaşanması, narahat ayaq sindromu və tiroit vəzilərinin ləng işləməsi kimi halların yanaşı uşaqlarda görülən dəmir çatışmazlığında isə yerimə, oturma və danışma kimi çətinliklərlə özünü göstərir.

DƏMİR ÇATIŞMAZLIĞINA NƏ SƏBƏB OLUR?
Bir çox səbəbə bağlı inkişaf edən dəmir çatışmazlığının əsas səbəbləri isə fol turşusu, B12 vitamini və dəmir maddəsinin çatışmazlığı kimi hallara bağlı ortaya çıxır.

DƏMİR MƏNİMSƏNİLMƏSİNİ ARTIRMAĞIN YOLLARI
Dəmirin bədəndəki əmilimini artıraraq dərhal çıxmaması üçün C vitamini ilə zəngin qidalar yeyilməlidir.

Mayasız çörəyə nisbətən mayalı çörək dəmir mənimsənilməsini artırır.

Dənli bitkilər və kəpək çörəkləri dəmir emilimini azaldır.

Alüminium folqa, poladlar və cuğun qablar də dəmir əmilimini azaldır.

ƏN YAXŞI DƏMİR QAYNAQLARI



Tünd yaşıl tərəvəzlər

Pörtmüş yumurta portağal suyu ilə istehlak edilməli

Dənli bitkiləri qırmızı ət ilə birlikdə eyni qazan də bişirilməli

Quru ərik, üzüm və tut kimi qida gündə bir ovuc istehlak edilməli

İspanaq yumurta ilə bərabər bişiriləndə dəmir anbarı olur

Səhər yeməyə başlamadan 2 yemək qaşığı keçibuynuzu bəhməzi istehlak ediləndə bədəndəki dəmir nisbətini artır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 11 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri