Soyuq suyu ilıq suyla əvəzləməyin 4 fatdası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 715
Səs ver:
(səs: 0)
Yəqin ki, bir çoxları gün ərzində bir neçə stəkan su içməyin vacibliyi haqqında eşidib. Bu, sözsüz ki, faydalı adətdir. Lakin soyuq suyun ilıq su ilə əvəzlənməsi daha yaxşıdır.

Həzm sisteminə təsiri

Qadinla.com bildirir ki, soyuq su qidada olan yağların bərkiməsinə səbəb olur, bu da həzmi gecikdirir.

İlıq su isə əksinə, qidanın daha tez həzm olunmasına səbəb olur. Bu onun orqanizm tərəfindən mənimsənilməsinə yardımçı olur, həmçinin köpdən xilas edir.

Tənəffüs sisteminə təsiri

Soyuq su selik toplanmasına səbəb olur. Bu tənəffüs sisteminin infeksiya riskini artırır və boğazın iltihablanması ilə nəticələnə bilər.

İlıq suda bunun əksini göstərir: boğazı yumşaldır və qıcığı aradan götürür. Bu həm tənəffüs yolu xəstəlikləri zamanı, həm də sadəcə səhər susuzlucun öhdəsindən gəlmək üçün faydalıdır.

Qan dövranı sisteminə təsiri

Soyuq su qan damarlarının qurumasına səbəb olur.

İsti su içdikdə damarlar genişlənir, nəticədə qan dövranı, həmçinin orqan və toxumalarda qan təchizi yaxşılaşır. Bunun sayəsində orqanizm toksinlərdən qurtulur.

Sinir sisteminə təsiri

Aşağı temperatur baş ağrılarını yaradan əsas faktorlarından biridir. Araşdırmalar göstərib ki, soyuq su oxşar effektlərə malikdir və miqren xəstəliklərindən əziyyət çəkənlərə mənfi təsir göstərə bilər.

İsti su isə, əksinə, ağrını azaldır. Xüsusən spazmlardan qurtulmağa yardım edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri