Alimlər qışda dondurma yeməyi məsləhət görürlər – Çünki…

Müəllif: Barbaris
Şərhlər: 8
Baxılıb: 1 704
Səs ver:
(səs: 0)
Alimlər "qışda dondurma yemək olmaz, soyuq olar" kimi fikirləri alt-üst edəcək bir açıqlama veriblər.

Qadınla.com bildirir ki, dondurma haqda bir sıra doğru bilinən yalnışlar var.

Dondurmanın tərkibindəki süddə kalsium sümük möhkəmliyində və dişlərin qorunmasında əhəmiyyətli rol oynayır. Ancaq qış aylarında yeyilən dondurmanın insanı xəstələndirə biləcəyi fikirləri həqiqətə uyğun deyil. Mütəxəsisslər hətta bilinənlərin əksinə olaraq orqanzimin 4 mövsümdə də dondurmaya ehtiyacı olduğunu bildiriblər.

Dondurma immuniteti gücləndirdiyi üçün qrip mikrobları ilə mübarizədə böyük rol oynayır.

Onun diş çürüməsinə səbəb olduğunu fikirləri də mövcuddur. Həkimlər bu fikir ilə də razı deyillər. Dişlərin çürümə səbəbi dondurmanın tərkibində olan şəkər və konservantlardır.

İnfeksion xəstəlik keçirən zaman orqanizm çoxlu maye itirir ki, bu da bədənin daha da zəifləməsinə səbəb olur. Dondurma isə orqanzimin suya olan təlabatını ödəyir.

Qış aylarında hətta hamilə qadınlar da dondurma yeməlidirlər.

Dondurma alarkən onu tərkibinə diqqət edilməlidir. Çalışın ki, süni dadvericilər və rəngləndiricilərdən deyil, məsələn şokolad kimi təbii maddələrdən hazırlanmış olsun. Yaxşı olardı ki, sadə qaymaqlı olanı üstün biləsiniz. Həmçinin müxtəlif meyvələr əlavə edərək təbii ərzaqlarla da dondurma hazırlamaq mümkündür.

Doğru bilinən yanlışlardan biri də dondurmanın piylənməyə səbəb olması fikridir. Amma əksinə olaraq metabolizmi sürətləndirdiyi üçün vücudun formada qalmasını təmin edir.

Dondurma yeyildikdə insanda həmçinin "xoşbəxtlik" hormonu da sintez olunur
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 704
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri