Alimlər aclığın orqanizmə faydasını sübut etdilər

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 558
Səs ver:
(səs: 0)
Kaliforniya universitetinin alimləri yeni tədqiqatın nəticəsini açıqlayıblar.

Qadınla.com bildirir ki, araşdırmalara əsasən, normal aclıq metabolizmi dəyişir və sirkad ritmlərə təsir edir. Bu isə sağlamlığı gücləndirir, qocalıqla bağlı xəstəlik riskini azaldır. Tədqiqatın nəticələri "Cell Reports" jurnalında dərc edilib. Sirkad ritmlər orqanizmin "daxili saatı" adlanır və metabolizmdən tutmuş, hormon ifrazına qədər bir çox prosesi nizamlayır.

Təcrübə siçanlar üzərində aparılıb. Siçanlar sutka ərzində qida qəbul etməyiblər. Alimlər müəyyən ediblər ki, ac qalan siçanlar daha az oksigen tələb ediblər və daha az enerji israf ediblər. Bundan başqa siçanlarda nəfəsi buraxarkən çıxan karbon qazı ilə nəfəs alarkən qəbul edilən oksigen arasında fərq də azalıb. Siçanları yemlədikdən sonra bu effekt yoxa çıxıb.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 558
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri