Yeməkləri sümük bulyonunda bişirin - Ürəyi qoruyur, ağrıları azaldır...

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 609
Səs ver:
(səs: 0)
Hələ qədim dövrlərdən küftə, düşbərə, sulu xingal kimi yeməklərimiz içərisində sümük iliyi olan mal sümüklərinin suyundan hazırlanıb. Son zamanlarda isə insanlar bu adəti bir növ unudaraq mağazalardan aldıqları süni dadverici bulyonlardan istifadəyə üstünlük verirlər.

Amma unutmaq olmaz ki, təbii ərzaqları süni maddələrlə əvəzləyərək yalnız onun dadını əldə edə bilərsiniz. Bu zaman faydadan söhbət belə gedə bilməz.

Əksinə tərkibində rəngləyici, ətirləndirici kimi bir sıra kimyəvi maddələr olan bu bulyonlar sizin sağlamlığınıza ancaq zərər vuracaq.

Qadınla.com bildirir ki, sümük bulyonu orqanzim üçün çox faydalıdır. İlk növbədə o bədəndən iltihabı uzaqlaşdırır, oynaqlarda olan ağrıları azaldır və bağırsaqları möhkəmləndirir.

Amerika alimləri bulyonun bu faydalarının sirrini açmağa çalışıblar.

Məlumdur ki, heyvanların sümüklərində olan kallogen maddəsi və digər peptidlər qaynadılan zaman bulyon əmələ gəlir. Araşdırmaçılar müəyyən ediblər ki, qaynama zamanı zülallar dissosasiyaya uğurayaraq daha kiçik peptidlərə çevrilirlər.

Kollagendən əmələ gələn bəzi peptidlər bir çox xəstəliklər zamanı ferment və ya antioksidant funksiyası həyata keçirir.

Alimlər lobaratoriya şəraitində sümük bulyonunun hazırlayaraq insanın həzm sistemindən keçiriblər. Bu zaman kollagendən əmələ gələn bəzi zülalların ağrıkəsici və iltihabla mübarizə aparan fermentlərə çevrildiyini müşahidə ediblər.

Əminliklə söyləmək olar ki, sümük bulyonunda hazırlanan şorba yesəniz bu sizin ürək-damar sisteminizə yaxşı təsir göstərəcək.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri