Görmə problemini aradan qaldıracaq 5 məhsul

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1 435
Səs ver:
(səs: 0)
1. Sarımsaq
Sarımsaq immun sistemini möhkəmləndirir və görmə qabiliyyətini yaxşılaşdırır. Həmçinin o kükürd və gözü qoruya biləcək antioksidantlarla zəngindir.

2. Bostan kələmi
Bostan kələmində ispanaqda da olduğu kimi anti-karotin maddəsi toplanmışdır. Bu maddə sayəsində siqaret tüstüsü və digər hava çirkləndiricilərindən zərər çəkmiş göz xilas ola bilər. Xüsusən də, kələmin bu növü salatlarda olduqca ləzzətlidir.

3. Kök
Görmə qabiliyyətini sağlam saxlayan ən əsas maddələrdən biri də yerköküdür. Təkcə kök deyil, eləcə də, digər sarı və narıncı meyvə, tərəvəzlər torlu qışanı yaxşılaşdırır. Həmçinin, bu məhsullarda günəşin ziyanlı şüalarından qoruyan beta-karotin maddəsi vardır.

4. Qaragilə
Qaragilə iltihab əleyhinədir və gözə olduqca xeyirlidir. Mütəmadi olaraq, istifadə edilsə, çox müsbət təsir göstərəcəkdir. Həmçinin bu giləmeyvə, qan damarlarını gücləndirir və qan təzyiqini normaya salır.

5. Şirin şüyüd
Torlu qışa hüceyrələrində düşmüş sorbotin miqdarı yüksək katarakta, retinopatasiyaya və korluğa gətirib çıxarır. Razyana və ya şirin şüyüd adı ilə tanınan bu bitki isə, həmin prosesi ləngidir və sağlam gözlərə sahib olmaq imkanı yaradır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri