Məktəbli necə qidalanmalıdır? - Uşağın çantasına nə qoymalı?

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 531
Səs ver:
(səs: 0)
Uşaqların orqanizm və beyinlərinin ən sürətlə inkişaf etdiyi məktəb dövründə sağlam qidalanma çox vacibdir.

Qadınla.Com bu gün oxucularına məktəblinin necə qidalanmasıvə çantasında hansı qidaların olması barədə məlumatı təqdim edir.

Məlum olub ki, uşaqların çantasında quru meyvə və çərəz mütləq olmalıdır. Həkimlər və dietoloqlar bildirirlər ki, səhər yeməyi çox vacibdir.Eyni zamanda səhər yeməyində nələrin yeyilməsi də bir o qədər önəmlidir:

"Səhər yeməyində qanda şəkərin miqdarını artıran və azaldan şəkərli qidalar əvəzinə böyümək üçün lazım olan proteinlə zəngin süd, yumurta, pendir;

immunitet sistemini gücləndirən, vitamin və minerallarla zəngin tərəvəz vəmeyvə; gündəlik enerji ehtiyacının çox hissəsini təmin edən çörək və çörək məmulatları masada olmalıdır.

Süd, qaynadılmış yumurta, təzə sıxılmış meyvə suyu, pendirli omlet, qara zeytun, açıq rəngli çay, pomidor yumurta, çörək, süd, ballı çörək, banan, pendir məsləhət görülür.

Övladınızın çantasına isə fındıq, qoz, badam, əncir qurusu, üzüm qurusu, qaysı kimi quru meyvələr qoymaq məsləhətdir.

Bundan başqa məktəbdə yemək üçün uşağa təzə sıxılmış meyvə suyu, kompot, ayran, simit, meyvə, süd, evdə hazırlanmış piroq, sendviç, çörəkarası kotlet də qoymaq olar.Həkimlər bildirirlər ki, səhər yeməyini qəbul etməmək, kifayət qədər tərəvəz və meyvə qəbul etməmək, fast-food və qazlı içkilər qəbul etmək, tənəffüslərdə keks, şokoladlı çörək, meyvə suyu kimi şəkərlə bol qidalar qəbul etməkdir. Bu isə uşaqlarda köklük və anoreksiya xəstəliklərinə səbəb olur.

Nələr etməli?.
Səhərə qəhvəaltı ilə başlamaq;.

Sağlam sümük inkişafı üçün pendir, qatıq və süd qəbul etmək;

İmmunitet sistemini gücləndirmək üçün vitamin vəminerallarla zəngin tərəvəz vəmeyvə yemək;

Ət, toyuq, balıq, quru paxla, süd, pendir, qatıq kimi qidalara üstünlük vermək;

Həftədə 2-3 dəfə balıq yemək;

Gündə 8-10 stəkan su içmək;

Hazır meyvə suyu əvəzinə meyvə yeyin;

Qazlı içkilər əvəzinə süd, ayran təzə sıxılmış meyvə suyu için;

Şəkər və şəkərli qidalardan uzaq durun;

Çox yağlı və çox duzlu çips, kraker kimi qidalardan qaçın

Qızardırlmış qidalardan uzaq durun;

Mayonez, krem kimi yağlı qidalar qəbul etməyin;

Açıq satılan qida və içkiləri almayın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri