Detoks barəsində bilməli olduqlarınız

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 478
Səs ver:
(səs: 0)
Detoks barəsində bilməli olduqlarınız
Detoks sözünü yəqin ki, ətrafınızdakı insanlardan eşitmisiniz. Son vaxtlar sağlam yaşam standartlarına meyil salan insanların diqqət mərkəzində olan bu detoks, zərərli maddələrin bədəndən atılmasını təmin edən metoddur. Doğru tətbiqetmə ilə bədəniniz üçün möhtəşəm faydalar qazandıracağına əmin ola bilərsiniz. Ancaq diqqət etmək lazımdır ki, diqqətsiz və yanlış metodlarla istifadədə xoşagəlməz nəticələr yarada bilər. Əgər siz də detoks barədə daha geniş informasiya əldə etmək istəyirsinizsə yazımızı oxumağa davam edin.

Detoks nədir?
Detoks, yaşam tərzi, yanlış qidalanma və çevrədəki faktorlarin təsiri ilə kirlənən bədənimizin zərərli toksinlərdən qurtulması üçün tətbiqedilən proqramlardır

Detoks necə tətbiq edilir?
Detoks bir təmizlənmə növüdür. Detoksun hansısa bir diet olduğunu iddia etmək yanlış olardı. Detoks həm qidalanma, həm də bunun kənarında olan fəaliyyətlərlə yerinə yetirilir. Şəxsin özünə uyğun olaraq və mütləq hansısa bir professionalın nəzarəti altında tətbiq edilməlidir.

Detoksun faydaları nələrdir?
Detoksun faydalarını aşağıdaki kimi sıralaya bilərik:

Dərinin yenilənməsini və dincəlməsini təmin edir
Həzm sistemini qaydasına salır
Qaraciyərdə olan toksinləri bədəndən atır
Metabolizmi sürətləndirir
İnfeksiyalara qarşı mübarizə aparır
Qanın dövriyyəsini sürətləndirir
Fiziki və zehni baxımdan daha rahat hiss edirsiniz
Stresin qarşısını alır

Avokado tostu vasitəsilə bədəninizdəki toksinləri atmaq indi daha dadlıdır. Bu dadlı qidanın bədəninizdə nə kimi müsbət yeniliklər etdiyini bilirdinizmi?

Bilməyən dostlar üçün kiçik bir sıralama çıxardıq:
Dərinizin yenilənməsini və dincəlməsini təmin edir
Həzm sisteminizi qaydasına salır
Qaraciyərinizdə olan toksinləri bədəndən atır
Metabolizmanızı sürətləndirir
İnfeksiyalara qarşı mübarizə aparır
Qanın dövriyyəsini sürətləndirir
Fiziki və zehni baxımdan daha rahat hiss edirsiniz
Stresin qarşısını alır

Detoksun hansı mərhələləri mövcuddur?
Detoksun mərhələlərini aşağıdakı kimi sıralamaq mümkündür:

Təmizlənmə: Bu mərhələdə maye detokslardan istifadə edilir və zərərli qidalar qəbul edilməsi qadağan olur.
Yenidən tənzimləmə: İkinci mərhələdə bədəniniz sağlam olmasını yenidən xatırlayır və tənzimləmələrə başlayır.
Mövcud olanı qorumaq: Bu mərhələ isə bədənimiz olanı tam anlayır və faydalar artıq qalıcı yer tutmağa başlayır.
Kimlər detoks edə bilərlər?

Detoks edə biləcək şəxsləri aşağıdakı kimi sıralaya bilərik:
Özünü yorğun hiss edənlər
Arıqlamağa çalışanlar
Qəbzlik yaşayanlar
Yanlış qidalananlar
Gün ərzində lazımınca maye qəbul etməyənlər
Alkoqol və siqaretdən asılı olanlar
Səhərlər oyana bilməyənlər

Detoks kimlər üçün əlverişsizdir?
Detoks etməsi qadağan olanlar aşağıdakı kimidir:

Uşaq əmzirən analar
Şəkər xəstələri
Mədə əməliyyatı keçirmiş insanlar
Həddindən artıq arıq və ya kök olan insanlar
Təzyiq xəstələri
Xərçəng xəstələri
Orqan çatışmazlığı olan insanlar
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri