4 ən sağlam qida məhsulu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 443
Səs ver:
(səs: 0)
Soya. Soya məhsulları heyvani qida məhsullarının ən yaxşı əvəzləyicisidirlər. Soya dənələri bütün mühüm amin turşularına sahib yüksək miqdarda zülal tərkibinə malikdir (bu növ tək tərəvəz məhsuludur). Soya həmçinin kalsiumun, dəmirin, sinkin, fosforun, maqneziumun, B vitamininin, omeqa 3 yağ turşularının və liflərin zəngin mənbəyidir. Çoxsaylı elmi araşdırmalar göstərir ki, əhəmiyyətli miqdarda soya zülalına malik pəhriz ürək xəstəliklərinə faydalı ola bilər. Bundan əlavə nəşr olunan bir çox araşdırmalarda soyanın prostat və süd vəzisi xərçəngi, həmçinin osteoparoz kimi xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli olduğu göstərilir.

Tərəvəz. Kələm, çuğundur, çin kələmi, brokkoli, quşqonmaz, yaşıl paxlalar və s. vitamin A və C, dəmir, kalsium və fitonutrientlərlə zəngindirlər. Yaşıl tərəvəzlər çox doyumlu, yüksək lifli və aşağı kalorilidirlər. Amerika Ürək Assosiasiyası (American Heart Association) tərəfindən işlənmiş yeni pəhriz gündə ən azı 4 dəfə müxtəlif növ tərəvəzlər yeməyi tövsiyyə edir.

Giləmeyvələr. Giləmeyvələr şərtsiz ən sevimli meyvələrdəndir! Onlar C vitamini, fol turşusu, lif və fitonutrientlərlə zəngindir. Həqiqətən də, yüksək antioksidant xüsusiyyətinə malik olduqlarına görə təzə gilemeyvələr xəstəlik əlehinə ən güclü qida məhsullarıdır. ORAC- Oksigen Radikalları Udma Həcmi (antioksidant aktivliyi ölçmək üçün metod) siyahısında birinci yerlərdə dururlar. Giləmeyvəni yeməyə hazırlamaq da asandır- sadəcə yuyur və yaxalayırsan- və qabıq soymağa da heç ehtiyac yoxdur! Üstəlik siz giləmeyvələri desert olaraq da (təzə və ya bişmiş) təqdim edə bilərsiniz.

Emal olunmamış dənlilər. Emal olunmamış dənlilər meyvə və tərəvəzlərdə rast gəlinməyən bəzi dəyərli antioksidantlara malikdirlər. Onlarda həmçinin B vitamini, E vitamini, maqnezium, dəmir və liflər var. Amerikalılar üçün yeni 2005-ci il Pəhriz Kitabçası böyüklərə yedikləri dənlərin yarısının- gündəlik 5-dən 3 hissəsinin emal olunmamış dənlərdən ibarət olmasını tövsiyyə edir. Rasionunuza daha çox emal olunmamış dənlilər daxil etmək üçün ağ un əvəzinə emal olunmamış buğda unu istifadə edin. Makaron, çörək, biskvit kimi məhsullar aldıqda "emal olunmamış" yazılmasına diqqət edin. Emal olunmamış dənlilərin qəbulunu artırmaq üçün şorbanıza yabanı düyü, təmizlənmiş düyü və ya arpa əlavə edin.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 443
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
En sevdiyim gilemeyvelerdi.Insan ucun vitamin deposudu
14 avqust 2019 13:21
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri