Qidalardakı ağır metallar nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 578
Səs ver:
(səs: 0)
Görünməz, qoxusuz və bizim üçün təsiri haradasa təyin oluna bilməyən ağır metallar, müxtəlif xroniki sağlamlıq problemlərinə qatqıda ola bilirlər.

Hamımız gündəlik olaraq ağır metallara məruz qalarıq. Ağır metal qəbulumuzu azaltmaq və bədənimizin təbii detoksifikasiya sistemini gücləndirmək üçün bir neçə addım atmanın faydası olacaq.

Qadinla.com bildirir ki, ağır metallar, dünyada təbii olaraq olan kimyəvi maddələrdir. Sink, dəmir, maqnezium kimi metallar pəhrizdə lazımlı qidalardır, ancaq digər ümumi toksik metallar dənizləri, torpağı və ətrafı çirklətmişdir. Civə, arsenik, qurğuşun və ya kadmium kimi ümumi toksik ağır metallar, bir insanın bədənində yığılaraq xəstələliklərə səbəb ola bilər.

Ən çox müşahidə olunan simptomlar keçməyən yorğunluq, depressiya, yuxusuzluq, həzm problemləridir və ağır metalların bəzi xəstəliklərə qatqıda ola biləcəyinə dair dəlillər də var.

Ağır metallar sağlamlığımıza müxtəlif formalarda təsir edə bilər. Ağır metallar beyin hüceyrələrinə zərər verən nevrotoksinlərdir. Civə və qurğuşun xüsusilə neyron funksiyasına müdaxilə edən və oksidativ stressi artıran güclü nevrotoksinlərdir.

Ağır metalları bədənimizdən atmağa köməkçi ola biləcək bəzi qidalar vardır:

- Gündə ən az bir boşqab tərəvəz yeməliyik. Xüsusilə brokoli, kələm, brüssel kələmi və gül kələmi.

- Hər gün iki-üç diş sarımsaq ağır metalların atılmasına köməkçi ola bilər.

- Səhərlər qəhvə yerinə orqanik yaşıl çay için.

- Kərəviz, kişniş, cəfəri və zəncəfil kimi təzə sular.

- Tünd yaşıl yarpaqlı tərəvəzlərdə və buğda nüvəsində olan xlorofil.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri