Toyuğu bişirməzdən əvvəl yumayın. Zəhərlənə bilərsiniz!

Şərhlər: 9
Baxılıb: 1 561
Səs ver:
(səs: 0)
Çiy toyuğu bişirməzdən əvvəl yumaq qida zəhərlənməsi riskini artırır.

Bunu türkiyəli həkim, professor Nevzat Artıq deyib. O bildirib ki, toyuq əti qaynadıldığı zaman bütün zərərli orqanizmlər məhv olduğu üçün toyuq ətini yumağa ehtiyac yoxdur:

"Toyuq ətində mikroorqanizm yüksək səviyyədədir. Bu da ətin yuyulması zamanı mikroorqanizmlərin digər qablara və qidalara yoluxması riskini artırır. Toyuq əti çiy halda yuyularsa, mətbəxdə ətin təmas etdiyi hissələr dezinfeksiya edilməlidir. Bundan əlavə, toyuq və toyuq əti məhsulları dondurulmuş vəziyyətdə istehlakçılara çatdırılmalıdır. Toyuq əti mağazadan alındıqdan sonra qısa müddət ərzində bişirilməli və ya buzu açılmadan təkrar soyuducuya qoyulmalıdır".

Professor onu da qeyd edib ki, gündəlik 100 qram toyuq əti yemək insan bədəninin protein ehtiyacının 60-80 faizə qədərini qarşılayır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri