Günəbaxan yağının bu ziyanından xəbəriniz var idimi?

Şərhlər: 5
Baxılıb: 2 445
Səs ver:
(səs: 0)
Qranada Universiteti (İspaniya) alimləri aşkar ediblər ki, günəbaxan yağının gündəlik istehlakı ağır qaraciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.

Araşdırmanın nəticələri Journal of Nutritional Biochemistry jurnalında dərc olunub.

Tədqiqatçılar zeytun və günəbaxan yağının sağlamlığa olan təsirini araşdırıb. Eksperiment siçovullar üzərində aparılıb. Bir qrup heyvanlara zeytun, digərinə günəbaxan yağı verilirdi. Bir müddətdən sonra heyvanların qaraciyəri müayinə olunub. Hər gün günəbaxan yağını istehlak edən siçovulların qaraciyər hüceyrələrində dəyişikliklər aşkar olunub ki, bu dəyişikliklər qaraciyərin piylənməsinin riskini artırır.

Qaraciyərin piylənməsi zamanı orqanın hüceyrələri zədələnir, iltihablaşır, distrofiyaya uğrayır. Piylənmənin fonunda sirroz və xərçəng kimi ağır xəstəliklərin inkişafı riski dəfələrlə artır.

Araşdırma göstərib ki, zeytun yağı istehlak edən heyvanların qaraciyərinin vəziyyəti daha sağlamdır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri