Bu qidaları əsla çörəklə yemək olmaz

Müəllif: Ahu
Şərhlər: 8
Baxılıb: 536
Səs ver:
(səs: 0)
Nədənsə ölkəmizdə demək olar ki, bütün yeməkləri çörəklə yemək qəbul olunub. Çəkimizə nəzarət etsək və dəqiq kalori hesablamaları aparsaq da, sağlamlığımız üçün çörəkdən səmərəli şəkildə istifadə etməyi öyrənməmişik. Əksinə nənə və babalarımız çörəyi mürəbbə, kartof və sair yeməklərlə birlikdə yeməyi öyrədib.

Müharibə dövründə və çətin şərtlərdə yaşadıqlarını nəzərə alaraq yaşlı nəsli başa düşmək olar. Bir vaxtlar insanlar çörəyi çox çətinliklər əldə edirdi, “Şərikli çörək” filmini xatırlayaq. Amma bu gün çörəyin həddən artıq istifadəsi bir çox xəstəliklərə yol açır.

Alimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz.

Tədqiqatlar nəticəsində məlum olub ki, ağ çörək yeyən insanlar artıq çəki problemləri ilə yanaşı, diabet və ürək-damar xəstəliklərinə qarşı meyilli olur. Bu səbəbdən çörəyin sağlamlıq üçün zərərli və ya rasiona daxil etmək lazım olduğunu araşdırmağa dəyər. Tərkibindən və hazırlanma texnologiyasından asılı olaraq çörək həzm sisteminə həm ziyan vura, həm də onu sürətləndirə bilər. Son bir neçə ildə mayasız çörək böyük tələbata malikdir, belə ki, o, maya əlavə edilmədən hazırlanır və maddələr mübadiləsini yaxşılaşdırır. Maya ilə bişirilən çörək barədə eyni fikri demək olmaz. Onun istifadəsi həddən artıq disbakterioz (İnsan orqanizminin mikrob disbalansının pozulması disbakterioz xəstəliyinə səbəb olur.) və ya köp yarada bilər.Faydalı çörək növü - çovdar çörəyidir. Çovdar çörəyinin tərkibində insana xüsusilə payızda və qışda lazım olan vitaminlər var. Lakin qastrit, mədə xorası, mədə qıcqırması olan insanlara çovdar çörəyi yemək olmaz. Qalan bütün hallarda yemək olar, hətta ciddi pəhriz müddətində. Bununla belə faydalı çovdar çörəyini bəzi ərzaq məhsulları ilə birlikdə yemək zərərlidir. Bu, xoşagəlməz nəticələrə səbəb ola bilər.

Hansı ərzaqlarla çörək yemək olmaz?

Meyvə salatı
Bu yemək yüngül tərkibdən ibarət deyil, böyük miqdarda şəkər və sellüloza çörəklə birləşərək mədə qıcqırmasına çevrilir.

Kələm turşusu

Kələm turşusunu çörəklə yemək olduqca ziyandır, bu məhsulların vəhdəti mədə qıcqırması və qarın köpü yaradır. Ümumiyyətlə, dietoloqlar hər hansı turşu ilə çörək yeməyi məsləhət görmür.

Mürəbbə

Amerikasayağı səhər yeməyi: qızarmış yağlı çörək və mürəbbə. Bəli, onların birləşməsi çox ləzzətli ola bilər, amma bu, faydalı deyil. Uzun müddət belə səhər yeməyi və ya qəlyanaltı toxluq hissi vermir, üstəlik mədə problemləri ilə artıq çəkiyə zəmanət verir.

Göbələk

Göbələk özlüyündə asan həzm olunmayan ağır yeməkdir. Dietoloqlar əbəs yerə 14 yaşadək olan uşaqlara bu məhsulu qadağan etmir. Belə ağır yeməyin öhdəsindən gəlmək sadəcə uşaq üçün deyil, böyüklər üçün çətindir. Buraya ağ və sevdiyiniz çörəyi əlavə etsəniz, yeməyin həzm daha da çətin olacaq.

Yağlı yeməklər

Ağ çörək həzm sistemini çətinləşdirir, odur ki, ət, balıq və toyuq kimi yağlı yeməkləri qara çörəklə yemək tövsiyə edilir. Sağlam qidalanma mütəxəssisləri iddia edir ki, əti qara çörəklə yemək onun daha yaxşı həzm olunmasına və əmilməsinə kömək olur.

Çörəyi həm tək yemək, həm də tərəvəz və göyərti ilə birləşdirmək olar. Çörəyi çox sevirsinizsə, onu evdə mayasız hazırlanmış çörəklə dəyişməyə dəyər.

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 536
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SeLiN
Sadəcə mürəbəni çörəklə yeyirəm.
27 aprel 2019 01:02
8
Offline
vipbetul
baxir neyi corekle yimek olmaz
23 aprel 2019 10:17
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
çörəksiz nəsə yeyə bilmirəm mən...cörəksiz yeyilən yeməyim bir tək plovdur...makaron, qrecka kimi yeməkləri də sevmirəm, cünki tez acdırır məni çörəksiz olduqları üçün.
kökəldirsə kökəltsin ama çörəksiz qala bilmərəm mən
21 aprel 2019 20:15
6
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
diablo
Mürəbbəni səhərlər çörəklə yemədin onda nə ləzzətii
21 aprel 2019 16:09
5
Nece izah ede bilmeyeceyim ucun susdugum seyler var
Offline
KRALİCEM
mende biraz kokelmisem coretimi azaltmisam
21 aprel 2019 14:32
4
sukur verdiklerine
Online
Love Angel
Gundelik heyatimda cuzi miqdarda, demek olar corekden hec istifade etmirem.
21 aprel 2019 10:55
3
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Online
BARBI
Mende cox yemeyi corekdiz yeyiremki asan hezm olunsun
21 aprel 2019 09:40
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
Maraqliydi tewekkurler
21 aprel 2019 09:26
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri