Ac qarına yeyildiyi zaman normaldan daha faydalı olan 12 qida!

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 416
Səs ver:
(səs: 0)
Yaxşı həzm sağlamlığımız üçün önəmlidir. Özümüzü yaxşı hiss etmək, qida maddələrinin həzmini üst səviyyəyə qaldırmaq və bədəndən çıxarmaq üçün hər şeyi balansda saxlamalıyıq. Bunun üçün isə etməli olduğumuz bir çox şey var. Yemək yeyərkən nə yediyimiz və nə zaman yediyimizin də önəmi olduqca vacibdir. Bəzi qidaları səhər, ac qarına yediyimiz zaman normaldan daha faydalı olur, indi gəlin həmin qidalar ilə tanış olaq.

Qeyd: Əgər hər hansısa bir probleminiz varsa, bunun üçün həkim məsləhəti almağınız tövsiyyə olunur.

1. Bal
Bal sizin immunitet və həzm sisteminizi oyandırmağa kömək edir. Təmbəl bağırsaq sindromunun və digər mədə problemlərinin həll olmasına kömək edir. Eyni zamanda bədəndəki zərərli virus və bakteriyaların təmizlənmə işini də görür.

2. Quru çərəzlər
Quru çərəzlər xüsusilə ac olduğunuz zamanlarda yaxşı bir seçimdir. Badam və ya qoz kimi seçimlər sizi doyurmaqla qalmır, eyni zamanda mədə qıcqırmadan ürək üçün yağlar və digər önəmli maddələri təmin edir.

3. Dilim pendir
Əgər bir şeylər yeyən zaman həzmsizlik və ya mədə turşuması ilə qarşılaşırsınızsa, ac qarına bir dilim pendir mədənizi hazırlayacaqdır. Süd məhsulları sizə problem çıxarırsa, bunu bir dilim kraker ilə də yeyə bilərsiniz.

4. Qarpız
Çox yaxşı bir lif qaynağıdır. Qarpızın həm tox tutması, həm də yeməklərdən sonra şişkinlik kimi narahatlıqlar yaratması səbəbi ilə ac ikən yeyilməsi məsləhət görülür.

5. Yumurta
Daha uzun müddət tox hiss etdirməsi üçün yumurtanı ac qarına yeməyiniz ən böyük səbəblərdən biridir. Çalışmalar göstərmişdir ki, səhərlər yumurta yeyildiyi zaman tükədilən gündəlik kalori miqdarının sayı azalır.

6. Yaşıl alma
Yaşıl alma hüceyrələrə zərər verən sərbəst radikallarla savaşa bilir. Bu səbəblə səhər ac qarına yeyilən yaşıl alma bədəninizin gün ərzində qarşılaşdığı zərərli maddələrlə daha yaxşı mübarizə aparmasına kömək edəcək.

7. Sarımsaq
Doğru miqdarda ac qarına tükədilən sarımsaq, tərkibindəki antioksidant xüsusiyyəti sayəsində bədənə çox daha faydalı olur.

8. Su
Ac qarına su içmək kilo verməyinizə kömək edərkən, həm də immunitet sisteminizi gücləndirir, bəzi infeksiyaların qarşısını alır, həzmsizlik sıxıntılarının həll olmasına və cildin daha gözəl olmasına kömək edir.

9. Xurma
Bir çox yararı ola möcüzəvi xurma ac ikən yeyildiyində bağırsaq parazitləri ilə güclü bir şəkildə savaşır.

10. Yulaf
Yulaf? qarabuğda, buğda toxumu kimi məhsullar mədə divarında qoruyucu bir təbəqə əmələ gətirərək mədə turşusunun mədə divarlarına zərər verməsinin qarşısını alır. Həzm sistemini qaydasına salır.

11. Zeytun yağı
Həkim məsləhəti ilə və doğru miqdarda ac qarına içilən zeytun yağı yaxşı xassəli xolesterolun yüksəlməsinə və pis xassəli xolesterolun azalmasına kömək edir.

12. Kəklikotu çayı
Kəklitotu çayı ac ikən tükədildiyində antioksidant xüsusiyyəti göstərir, həzmsizlik problemləri ilə savaşmaqda isə olduqca effektivdir.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 416
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SeLiN
Bu qidalardan bir coxunu sevirem.Bezen yemekden evvel yeyirem.
9 noyabr 2019 22:14
5
Offline
Naz_S
Yulafi cox sevirem her seher yeyirem demey olar Bezilerini debilirdim. Tewekkurler
6 noyabr 2019 13:00
4
Offline
tatyana
Sitat: kivircik
Sarimsaq ve zeytun yagindan bashqa qalan ne varsa ara-ara hamisini ac olanda yemishem. Sirf hansinin xeyirli oldugunu bilmirdim,oyrenmish oldum teshekkurler

Mende eyniyle,sarımsaq ve zeytin yagını hec vaxt agzıma getire bilmerem, helede acqarına
6 noyabr 2019 11:46
3
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
kivircik
Sarimsaq ve zeytun yagindan bashqa qalan ne varsa ara-ara hamisini ac olanda yemishem. Sirf hansinin xeyirli oldugunu bilmirdim,oyrenmish oldum teshekkurler
6 noyabr 2019 10:08
2
Offline
BARBI
Ac qarnina bezi qidalar cox fayda verir
6 noyabr 2019 09:29
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri