Bu qidaları DONDURMAQ OLMAZ!

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 605
Səs ver:
(səs: 1)
Soyuducu, əsasən də onun buzxanası bir çox qidaların uzun müddətli saxlanması üçün ideal hesab olunur. Amma müasir dövrdə yanaşmalar dəyişib. Məlum olur ki, əslində bir çox qidaları dondurmaq olmaz. Və elə qidalar var ki, onları ümumiyyətlə, soyuducuda saxlamaq xətalı sayılır.

Mütəxəssislər hesab edir ki, südü dondurub sonradan istifadə etdikdə tərkibindəki su və digər maddələr bir-birindən ayrılır. Bu isə südü istifadə olunmaz bir hala gətirir.

Qadınla.Com bildirir ki, kartofu birmənalı olaraq çiy halda soyuducuya qoymaq olmaz. Tərkibində su miqdarı çox olan bu tərəvəz oradan çıxarılandan sonra sərtliyini itirir. Yalnız bişirilən kartofu soyuducuya qoymaq olar.

Qızardılmış yeməklərin də birmənalı olaraq dondurulması tövsiyə edilmir. Həmin yeməklər bu halda ən azı keyfiyyətini itirir. Ona görə də qızartmaq yox, sobada bişirib, dondurmaq daha yaxşı olar.

Yumurtanı dondurmaq da böyük yanlış hesab edilir. Bu zaman yumurtanın içindəki maye donur, qabıqda çatlar əmələ gəlir, bakteriyaların daxilə keçməsinə şərait yaranır.

Əgər yumurtanı dondurub saxlamaq istəyiniz varsa, onda onu qırıb çoxlu çalandan sonra

hava daxil olmayan qabda saxlamaq şərtiylə buzluğa qoya bilərsiniz.

Yumşaq pendirləri də dondursanız, süd halına düşərək, həm ləzzətini, həm də keyfiyyətini itirəcək.

Meyvə-tərəvəzləri çiy halda dondurmaq tövsiyə olunmur. Məsələn, qarpız kimi bol sulu olan meyvə və tərəvəzləri dondurub saxlamaq məsləhət görülmür.

Dondurulmuş əti buzluqdan çıxarıb donunu açsanız, yenidən buzluğa qoymaq olmaz.

Əks halda sağlamlığınız üçün böyük təhlükələrə yol açmış olarsınız.

Əti buzu açılandan sonra yalnız bişirib dondura bilərsiniz.

Mayonezi də dondurmaq olmaz. Bu, ən azı dad və keyfiyyətə təsir edir.

Bununla yanaşı, yeməklərdən makaronları, plovu buzluqda saxlaya bilərsiniz. Bunun ziyanlı olmadığı bildirilsə də, dadı, ləzzətinin itəcəyi qaçılmazdır...

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 605
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
Mencede dondurulmuş ne olursa olsun dadını itirir, men xörekleri soyuducuya qoyduqdan sonra yemirem hecvaxt,sevmirem
16 noyabr 2019 21:46
3
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
kivircik
Bunlari bilirdim. Olmaz dedikleri ne varsa hechbirini buzluga qoymuruq)Ehtiyac da yoxdu fikrimce
15 noyabr 2019 14:51
2
Offline
BARBI
Her biri dogrudur.Xaninlar ucun lazimli meslehetlerdi
13 noyabr 2019 09:26
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri