Təzyiqi aşağı düşənlər İmsakda mümkün qədər baldan istifadə etməlidir - Dietoloq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 597
Səs ver:
(səs: 0)
Ramazan ayında insanları maraqlandıran bir mövzu da necə qidalanmalırı ilə bağlıdır. Bir çox insanlar səhər və axşam daha çox yeməklə məsələnin həll edildiyini düşünürlər. Amma normadan çox deyil, lazım olan qidaları qəbul etmək lazımdır.

Mövzu ilə bağlı dietoloq Nərgiz Nəzirova qeyd edib ki, oruc tutanlar mütləq qidalanmaları ilə bağlı diqqətli olmalıdırlar: “Ramazan ayı daxil olur təbii ki, insanlar qida rejimlərini kəskin olaraq dəyişəcəklər. Bu baxımdan bəzi məsələlərə diqqət yetirməlidirlər. İlk olaraq səhər vaxtı mütləq bal qəbul edilməlidir. Elə insanlar var ki, oruc tutarkən təzyiqləri çox aşağı düşür. Bu baxımdan insanların imsakda bal yeməkləri ciddi şəkildə tövsiyə edilir. Eyni zamanda səhər diqqət edilməlidir ki, kalorili yeməklər yeyilsin.

İftarlara çox diqqət yetirmək lazımdır. Belə ki, iftarı sulu yemklə başlamaqla yanaşı çox qida qəbul etməmək tövsiyə olunur. Mədəyə çox böyük güc salınmamalıdır. İftarda quru, qızardılmış qidaların qəbulu narahatlıq yarada bilər. Çünki, orqanizm bütün gün ərzində qida qəbul etmədən qalır. Birdən birə çoxlu qida qəbul etmək həm qaraciyər, həm öd kisəsi üçün ciddi stress yaradar. Mütləq iftarda qidanı çox az porsiyalarla, tədricən qəbul etmək lazımdır.

Qeyd edilən məsələlər əslində həm yaşlı, həm də cavanlar üçün tövsiyə olunur. Bəzən elə cavanlar olur ki, yaşlı insanlarda daha çətin şəkildə oruc tuturlar. Adətən yaşlı insanlar bu cür mövzularda cavanlardan daha dözümlü olurlar”.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 597
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri