Gələcəyin 5 ən yaxşı qida məhsulları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 067
Səs ver:
(səs: 0)
Qoz. Qoz zülalın ən yaxşı bitki mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz-fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəso (FDA-Food and Drug Administration) qozun ürəyə faydasını dəstəkləyərək, sağlamlıq üçün əhəmiyyətini təsdiqləmişdir.

Kətan toxumu. Bitki mənşəli olduğundan kətan toxumu vegetarianlar üçün omeqa 3-ün bitki alternativini təqdim edir. Bir sıra tədqiqatlar kətan toxumunun ürəyə faydalarını göstərir. Bundan əlavə kətan toxumu lif və antioksitant fitoestrogen növü olan lignan kimi faydalı tərkibə malikdir. Tədqiqatlar kətan toxumalarında olan lignanın xərçəng kimi mübarizə tələb edən xəstəliklərdə ümidverici nəticələr göstərdiyini aşkar edib. Belə ki, lignan xərçəng əlehinə xüsusiyyətlərə malikdir. Nəticələr süd vəzisi xərçənginin profilaktikasında daha çox ümidvericidir.

Nar. Son iki ildə nar sürətlə haqqında ən çox danışılan ən üstün məhsullardan oldu. Nar dənələri polifenol, tannin, və antosianin kimi faydalı antioksidantlara malikdir. Digər tərəfdən nar şirəsi yüksək miqdarda antioksidant tərkibinə malikdir ki, bu digər meyvələrdən, qırmızı şərabdan və çayda olduğundan daha çoxdur. İlkin faktlar göstərir ki, konstentrə olunmuş nar şirəsini içmək xolesterinin miqdarını aşağı sala bilər. Habelə, gündə bir stəkan olmaqla bir il ərzində nar şirəsi içmək qan təzyiqini (xüsusən də sistolik təzyiqi) aşağı salır və LDL (aşağı sıxlıqlı lipoprotein) xolesterin (bəd xolesterin) oksidləşməsini zəiflədir. Ümumiyyətlə nar şirəsi içmək üçün zərərsizdir. Tədqiqatların çoxu günlük 45 millilitr nar şirəsi içməyin əhəmiyyətli olduğunu və əks-təsir olmadan kömək etdiyini göstərir.

Qızıl balıq. Qızıl balıq əti əvəz etmək üçün çox gözəl məhsuldur. O zülal və omeqa 3 yağ turşularının yaxşı mənbəyidir. Təəccüblü deyil ki, əsaslı elmi dəlillərlə on ildən artıqdır ki, qızıl balıq beş ən üstün məhsullar siyahısında öndə durur! 2002-ci ildə Amerika Ürək Assosiasiyası (American Heart Association) həftədə ən azı 2 dəfə, xüsusilə də qızıl balıq kimi yağlı balıq növü yeməyi tövsiyyə etmişdir.

Göyərti. Kələm, çuğundur, çin kələmi, brokkoli, quşqonmaz, yaşıl paxlalar və s kimi tünd yaşıl tərəvəzlər vitamin A və C, dəmir, kalsium və fitonurientlərlə zəngindirlər. Yaşıl tərəvəzlərin çox doyumlu, yüksək lifli və aşağı kalorili olmaları ürəyi sağlam və beli incə saxlamağa imkan verir ki, bu da onları ən üstün məhsullardan edir. Amerika Ürək Assosiasiyası (American Heart Association) tərəfindən işlənmiş yeni pəhriz gündə ən azı 4 dəfə müxtəlif növ tərəvəzlər yeməyi tövsiyyə edir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri