Faydalıdır deyib, çox yeməyin! - Hansı qidadan nə qədər qəbul etməliyik?

Şərhlər: 3
Baxılıb: 1 623
Səs ver:
(səs: 0)
Bəzi qidaları "faydalıdır” deyib, həddindən çox qəbul edirik. Ancaq bu məhsulların kalori dəyərini heç hesablamırıq.  Elə  una görə də, normanı aşdıqda bu faydalı qidalar, ziyanlı çəkiyə səbəb olur. Nəticədə isə Obezitə xəstəliyinə düçar olarıq. Sağlamlığımıza faydalı olan qidalar belə həddindən çox qəbul edildikdə əks təsirə çevrilir. Bəs hansı qidadan nə qədər yeyə bilərik? 

Xüsusilə xəstəliklərdən qorunmaq üçün və ya boşluqdan yediyimiz qidalar gizli düşmənə çevrilir. Diyetoloqlar təkidlə deyirlər ki, qəbul etdiyiniz qidalara və porsiyasına fikir verin.

Paxlalı qidalar:
Quru lobya, mərci, noxud ən çox istifadə etdiyimiz paxalalı bitkilərdir. Faydalı qida məhsulları zülal mənbəyidir.  100 qr. paxlalı bitkidə təxminən 25 qram zülal, 5 qram lif, 1,5 qr yağ var. Kalsium, dəmir, B12 vitamini xaric bütün B vitamin qrupu, E vitamini və mis tərkibli olduğuna görə həftədə ən azı 2 dəfə  tələbatı ödəmək olar. Diqqət etməli digər məqam isə porsiyasıdır. Yeməkdən əlavə salat kimi istifadə edilən paxlalılar zülallı olmasına baxmayaraq, qarışıq karbohidart qrupunda yer alır. Gündə  4 yemək qaşığı paxlalı qida, 1 dilim çörəyin kalorisi ilə eyni dəyərdədir. Kalori dəyəri yüksək olan məhsulları həddindən çox yedikdə köklük yaranır. Ona görə də qidanın miqdarına diqqət etmək zəruridir.

Meyvə:
Vitamin və mineral qaynağı olan meyvələr orqanizmin bir çox ehtiyacını ödəyir. Meyvələrin tərkibində olan şəkərlər və polisaxaridlər, xüsusi pektin maddələri mədənin həzm prosesinin fəaliyyətini tənzimləyir, üzvi turşular isə susuzluğun qarşısını alır. Xüsusi ilə antioksidləşdiricilər olan meyvələr olduqca faydalıdır. A, C, vitaminləri ilə zəngin olaq meyvələr orqanizmi xəstəliklərdən qoruyur. Gündəlik C vitamini ehtiyacı 60, hamiləlikdə 80-90, siqaret çəkənlərdə isə 100=200 milliqramdır. Xüsusi ilə qış aylarında meyvə suları qəbul etmək xəstəliklərə qarşı qoruyucu rol oynayır. Həddindən çox C vitamini qəbulu isə sidik yolu ilə xaric olunur. Hətta həddindən çox yedikdə kökəlməyə səbəb olur. Gündəlik meyvə qəbulu 3-5 porsiya olmalıdır. Qabıqlı yeyilə bilən bütün meyvələr elə o formada da yeyilməlidir.

Kərə yağı:
Süfrəmizdən əksik etmədiymiz kərə yağı sağlamlıq üçün faydalıdır. Kərə yağı orqanizmin reproduktiv qabiliyyətini normallaşdırır, mədə-bağırsaq infeksiyalarını aradan qaldırır və mikrofloranı nizamlayır. Tərkibi antioksidləşdiricilər olan kərə yağı daxili orqanların sağlamlığını qoruyur. Ürək-damar narahatlığı riskini azaldır. Artrit yaranmasını önləyir. Kərə yağının tərkibində olan A vitamini sayəsində göz problemlərinə qarşı müsbət təsir edir. 
Lakin ifrat dərəcədə kərə yağı qəbulunun faydasından çox zərərə var. Xüsusi ilə doymuş yağlardan uzaq durulmalıdır. Çox yağ qəbul edildikə orqanizmdə insulin balansını dəyişir. Ona görə də diabetli inşalara məsləhət deyil. Diqqətli olmaqda fayda var. Təxminən 80%-i yağ olan qidalar inşalarda piylənməyə gətirib çıxardır. Buna görə də kərə yağı qəbulu gündə bir çay qaşığından çox olmamalıdır. Digər tərəfdən bişirilən yeməklərdə də az yağlılığa diqqət edin.

Pendir:

Hər sabah pendir süfrəmizin bəzəyidir. Pendirin tərkibində zülal (25%-ə qədər), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) vardır. Pendirin tərkibində olan zülallar insan orqanizmində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahanın yaranmasına şərait yaradır. Onun təşkilediciləri orqanizm tərəfindən tam həzm olunur. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Yağın tərkibindən asılı olaraq 100 q pendirdə enerji ehtiyatı 200-400 kkal arasındadır.

Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir. 30 qr. yəni bir kibrit qutusu qədər pendir, bir balaca küftə ətlə eyni dəyərə malikdir. Ancaq pendirin də çox yeyilməsi ziyanlıdır Çünki bu qida da çox yeyildikdə artıq çəkiyə səbəb olur.

Bal:
Səhər yeməkırində kərə yağının tamamlayıcısı rolunu oynayan bal min bir dərdin dərmanıdır. Səhərləri xüsusi ilə çörəyin üzərinə çəkib üstünə nuş edirik. Balın bir çox xəstəlikləri müalicə etdiyi az qala hər kəsə məlumdur. Balın xalis olmasına diqqət edin. Əks halda ziyanlı olar. Əgər bal soyuducuda saxladıqda kristallaşırsa, qaşıqda kəsilmədən süzülürsə, bir az çox yedikdə boğazınızda yanma olursa o bal təmiz baldır. Lakin bütün bu faydalara baxmayaraq təmiz bal deyib çox yesək müəyyən problemlərə yol açır. Xüsusi ilə şəkər xəstələri ehtiyatlı olmalıdır. Diabetdən əziyyət çəkənlərə çox bal yemək olmaz. Maksimum 300 kalori dəyərində olsa kifayət edir.

Çərəzlər:
Çərəzlər ən güclü antioksidantlardan biri olan E vitamini ilə də zəngindir. E vitamini orqanizmdə gedən qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin, o cümlədən xərçəngin riskini azaldır, dərini cavanlaşdırır. Xeyirli qida vasitələri olsa da onları da gündə bir ovucdan artıq yemək olmaz. Onu da unutmamaq lazımdır ki, çərəzlər ən güclü allergenlərdən biri sayılır. Mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi dəri xəstəlikləri, qalxanvari vəzi hiperfunksiyası zamanı çərəzlərin  istehlakı arzuolunan deyil.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 623
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri