Əsəbi insanların qidası necə olmalıdır – Bunlara diqqət

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 962
Səs ver:
(səs: 0)
Yaxşı, düzgün, keyfiyyətli qidalanma sinir, əsəb sistemi üçün də vacibdir. Elə qidalar var ki, onu yedikdə insan sakitləşir, eləsi də var, əksinə daha da gərginlik verir.

Qadinla.com sinir sistemi xəstəlikləri olan, panik atak keçirən, nevrozlar və əsəbi insanlar üçün xüsusi qidalanma şərtlərini təqdim edir.
Əgər bu qaydalara əməl etsəniz, sinir sisteminiz sakitləşər.

Xüsusən gərgin zehni işdə, ofisdə çalışan gənclər qidalanmasını bu prinsiplər üzərində qurmalı, ucuz, əlçatan, rahatdır deyə hər nə varsa, onu yeməməlidir.
Bu insanlar stresi yeyərək, içində saxlayır, emosiyalarını gizlədir, vaxtında etiraz etmir, beləliklə, həm işdə, həm evdə gərgin olur, yediyi qidalar isə onu kökəldir.

-Əsəbi, gərgin insanların qidasında B qrup vitaminlərlə zəngin yeməklər olmalıdır. Bunlara qarabaşaq, yarma, yulaf, vələmir, paxlalılar, yumurta, balıq, dəniz məhsulları aiddir.

-Bu adamlar şirniyyat və konditer məhsulları əvəzinə alma, kök, qoz, fındıq, quru meyvələr yeməlidir.
-Əsəbi insan ümumiyyətlə marketlərdə satılan qablaşdırılmış, paketlənmiş peçenye, şirniyyat, vafli, müxtəlif qəlyanaltılıq hazır qidalar, sendviçlər, xəmir məmulatları yeməməlidir

-Sutkada 1-2 dəfə B qrup vitaminli tərkibli qidalar yeməlidir, çünki onlar stresə dayanıqlığı artırır
-Eləcə də kalsiumla zəngin ərzaqlar seçilməlidir: süd, süd məhsulları, portağal, kələm növləri, sümük bulyonu.

-Sinir sistemi qalxanvari vəzidən qaynaqlanır. Onun işləməsi üçün yod lazımdır. Yodu isə xurma, feyxoa, dəniz məhsulları və marketlərdə satılan dəniz kələmindən ala bilərsiniz. Yeməklərinizə isə dəniz duzu əlavə edin.

-Əsəbi zəif olanlar siqaret, tütün, pivə, energetik içkilərdən, qazlı şirəli içkilərdən uzaq durmalıdır.
-Onlar adi mineral su, meyvə suları, nanə, melissa, çobanyastığı çayı, yaxşı qəhvə içə bilərlər.

-Bu adamlar işə avokado, ərik, alma, qoz, toyuq filesi, göyərti salatı və s. apara bilər
-Nevroz insanlar yuxunun da qeydinə qalıb, yaxşı yatmalıdır. Onlar yatmazdan 3 saat əvvəldən qida qəbulunu dayandırmalı, şokolad, şirniyyat, çay içməməlidir.

-Rafinə olunmuş yağ və şəkərdən uzaq durmaq, bal, doşab, organik yağlar tətbiq olunmalıdır
-Stresli insanlar günəş şüası altında, açıq havada çox olmalıdırlar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri