İsti çay içmək xərçəng yaradır? - Həkim izah edir

Şərhlər: 4
Baxılıb: 262
Səs ver:
(səs: 0)
Çay ölkəmizdə ən çox içilən mayelərdən biridir. Evimizə qonaq gələndə  ona yeməkdən qabaq və sonra çay təklif edirik.

Bəs görəsən məlumatımız varmı ki, çay, kofe və digər mayeləri çox isti qəbul etdikdə bunun bizə nə kimi zərərləri ola bilər? Hətta belə məlumatlar da yayılıb ki, isti çay qida borusu xərçəngi yarada bilir.

Tibb elmləri doktoru Adil Qeybulla mövzu barədə danışıb.  

Ekspert isti içkilərin xərçəng yaratmasının bir mənalı şəkildə sübut olunmadığını deyib:

"Məsələ burdadır ki, kofe, çay yaxud digər maddələrin xərçəng xəstəliyi törətməsi birmənalı sübuta yetirilməyib. Amma isti içki təkcə boğazı deyil, həm də qida borusunu, mədə divarlarını qıcıqlandırır. Bu da uzun müddət isti çay içən insanlarda ciddi xəstəliklər yaranması  ehtimalını artır".

Adil Qeybulla əlavə edib ki, yüksək temperaturlu mayelər qida borusunun yanmasına səbəb ola bilər :

"Əlbətdə 40 dərəcə temperatura qədər olan mayelərin həzmə ciddi bir təsiri yoxdur, amma 60 dərəcə və daha üstü olan mayelər qida borusunun bu və ya digər dərəcədə yanmasını təmin edir. Bu zaman ən çox əziyyəti mədə çəkir. Ümumiyyətə çox yüksək temperaturda olan xörəyin, çayın və digər qaynar suların qəbul edilməsi qəti məqsədə uyğun deyil. Onları müəyyən bir optimal temperaturda qəbul etmək lazımdır. Buna diqqət etmək lazımdır ki, əgər mayeni ağızda saxlamaq mümkündürsdə, onu udmaq lazımdır. Əsas kriteriya bu olmalıdır".

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Əvvəllər çayı qaynar içirdim.İndi soyudub içirəm.Yoldaşıma deməkdən yorulmuşam.Qaynar içib özünü yandirmasa olmaz
25 avqust 2019 12:53
4
......
Offline
kivircik
Bir defe hekim televizordan deyende diqqetimi celb etdi ki,etin uzerine qaynar suyu tokun baxin buzushecek, mede de eledi qaynar chay yemek yandirir ziyanli oldugunu bilirem ona gore de qaynar hechne yemirem ichmirem
25 avqust 2019 12:32
3
A
Offline
Tomris Müslümova
Mamam onun üstünde mene çox dalaşır çünki çayı çox qaynar içirem. kahve Hamıya çay tökürem nelbekide özüm çaşkada nelbekisiz)) Ele bil mende yanmanı hiss etdirecek hissiyat yoxdu hiss etmirem. Zarafat bir yana gelek diqqet edem pff
25 avqust 2019 11:33
2
Mənim olan bu heart səni çox sevir!!!
Offline
BARBI
Men ister yemek istersede cay qaynar olmasa yeye bilmirem
25 avqust 2019 10:09
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri