Sobada bişmiş soğan MİN BİR DƏRDİN DƏRMANIDIR

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 286
Səs ver:
(səs: 0)
Mütəxəssislər bir çox tərəvəzlərin çiy halda daha çox faydalı xassələrə malik olduğunu deyir. Amma bir məhsul var ki, bişirilmiş növdə daha çox faydalıdır nəinki çiy. Və bu, kartof deyil. Sizi tapmacalarla yormayacağıq, bu, soğandır. Soğan çiy halda da orqanizm üçün çox qiymətlidir, lakin çoxları ağızda yaratdığı xoş olmayan təsirdən dolayı ondan yan keçir.
Çoxları elə bilir ki, soğan bişiriləndə faydalı xassələrini itirir. Halbuki, doğru deyil, çünki yalnız uçucu yağlar buxarlanır və sobada qaldıqdan sonra bütün müalicəvi xüsusiyyətləri artır.

Soğanı sobada necə qızartmalı?
Sobada bişirilmiş soğanın əsas üstünlüyü odur ki, o, spesifik dada malikdir və ağızda pis qoxu yaratmır. Odur ki, onu görüşə və ya qonaqlığa gedən hər kəs ratalıqla yeyə bilər. Soğandan maksimum fayda əldə etmək üçün onu düzgün bişirmək lazımdır.
Soğanları qabıqlı halda 15-30 dəqiqə 100–150 dərəcə qızdırılmış sobada bişirin.
Daha yaxşı təsir göstərməsi üçün orta ölçülü soğanağının yarısını səhərlər acqarına, qalan yarısını isə yatmazdan 2-3 saat əvvəl yemək lazımdır. Həmçinin ondan balıq, toyuq və ya ətə qarnir kimi istifadə edə bilərsiniz. Çox dadlı ahəng alınır.

Qadınla.Com oxuyucuları bişirilmiş soğanın faydaları ilə tanış edir:
İndi isə keçək nəfis yeməyin faydalarına
Bişirilmiş soğan xüsusilə şəkərli diabet xəstələrinin müalicəsində əhəmiyyətli rol oynayır. O, faydalı xüsusiyyətləri sayəsində qlükozanın səviyyəsini normallaşdırır və aşağı salır.
Bişirilmiş soğanın tərkibində kükürd olur ki, bu da mədəaltı vəzinin işinin aktivləşməsi və kifayət qədər insulin hazırlanması üçün cavab verir.
Soğanın tərkibinə həmçinin bədən hüceyrələri üçün lazımlı mineral olan dəmir daxildir.
Pnevmoniya və bronxit vaxtı bişirilmiş soğan həm böyüklərin, həm də uşaqların müalicəsində aktiv istifadə olunur.
Qan laxtalanması problemləri olanlar onu tez-tez yeməklərlə birlikdə istifadə etməlidir.
İnfarktdan və ya insultdan sonra həkimlər bişirilmiş soğan yeməyi məsləhət görür. O, damarları təmizləməyə, qan təzyiqini yaxşılaşdırmağa kömək edir, həmçinin miqren ağrılarını yüngülləşdirir.
Bişirimiş soğanı məlhəm kimi istifadə etmək olar. Soğanı bölüb yarpaqlarını yazva və ya yaraların üzərinə qoyub toxumaların sağalmaq müddətini tezləşdirə bilərsiniz. Belə soğan kompresləri yaxşı antibakterial təsirə malikdir. Onu babasilin müalicəsi üçün də tətbiq etmək olar, əlbəttə ki, həkim müşahidəsinin altında.
Mütəmadi istifadə nəticəsində bişirilmiş soğan sizi bir çox naxoşluqdan qurtarmağa və profilaktik təsiri göstərməyə qadirdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 286
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri