Bu qida körpənizi itirməyinizə səbəb ola bilər

Müəllif: diablo
Şərhlər: 1
Baxılıb: 562
Səs ver:
(səs: 0)
Ana olmağa hazırlaşan qadınların şübhəli qaldığı məqamlardan biri də hamiləlik zamanı zəncəfildən istifadə edib-etməməkdir.
Qadınla.Com xəbər verir ki, bir çox dərdin dərmanı kimi əsrlərdir istifadə olunan zəncəfil hər zaman olduğu kimi, hamiləlik dövründə də sağlamlıq baxımından bir çox sayda verir.
Xalq arasında yayılan rəvayətə görə, hamiləlik zamanı zəncəfildən istifadə etmək uşağa ziyan verir. Lakin mütəxəssislər bunun tam əksini bildirir. Xüsusilə, ürəkbulanma zamanı istifadə olunanda daha çox işə yarayır.
Lakin burada bəzi məqamlara diqqət yetirmək lazımdır. Xüsusən, gün ərzində nə qədər istifadə olunmasına və təzəliyinə.

Bu qida körpənizi itirməyinizə səbəb ola bilər

Hamiləlikdə zəncəfildən istifadənin qaydaları və faydaları
Şəfa qaynağı olan zəncəfilin yeməklərə əlavə edərək və ya çayını dəmləyərək qəbul etmək mümkündür. Hər analığa namizəd qadında eyni olmasa da, ilk 2-3 ayda ürəkbulanma faktoru qeydə alınır. Zəncəfil bu problemin öhdəsindən asanlıqla gəlir. Bir fincan qaynar suyun içinə yarım çay qaşığı zəncəfil tozu atın. 10 dəqiqə sonra süzün və gündə 2 fincandan çox olmayaraq için.
Zəncəfil, həm də hamiləlik zamanı artan mədə turşuluğunun azalmasına yardımçı olur. Bunun üçün təzə zəncəfili şəkər və ya balla birlikdə çay içərkən yeyə bilərsiniz.
Hamiləlikdə zəncəfil:
- Bətndəki körpəyə kifayət edəcək qan axınını dəstəkləyir.
- Yeməkdən sonra həzmi çətin olan qidaların daha yaxşı parçalanasına kömək olur.
- Bel və boğaz ağrılarını aradan qaldırır.
- Kəskin xolestrol səviyyəsini aşağı salır.
- İmmun sistemini qüvvətləndirir.
- Mədədə yanma hissinin qarşısını alır.
- Qanda şəkərin miqdarını balansda saxlayır.
- Hamiləlik zamanı yığılan artıq çəkiyə görə gərginləşən əzələ sisteminin yorğunluğunu atır.
Zəncəfil miqdarından artıq istifadə olunanda zərər verərmi?
- Qan təzyiqi və ya qanın laxtalanması üçün dərmandan istifadə olunursa, o zaman həkim məsləhəti olmadan istifadə etmək olmaz.
- Hər gün 2 fincandan artıq zəncəfil çayı içmək erkən doğuşa və ya uşağın düşməsinə səbəb ola bilər.
- Bir çox faydası olsa da, hamiləlikdə və südvermə dövründə həkimlə məsləhətləşmədən zəncəfildən istifadə etmək əks təsir göstərə bilər.

Bu qida körpənizi itirməyinizə səbəb ola bilər

Zəncəfil çayı necə hazırlanır?
Ərzaqlar:
1 ədəd zəncəfil
Bal və ya limon
Su
Hazırlanması:
Təzə zəncəfilin qabıqlarını soyuduqdan sonra incə-incə doğranır. Lif baxımından zəngin olan zəncəfilin faydasından tam yararlanmaq üçün onu liflərə paralel istiqamətdə doğramaq lazımdır. Neçə fincan içmək istəyirsinizsə, o qədər su əlavə etdikdən sonra 4-5 ədəd zəncəfil dilimini suya atın. 10-15 dəqiqə gözləyin. Zövqə görə üzərinə limon və ya bal əlavə edin.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 562
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
her syin artiq istifadesi zererdir.
16 avqust 2019 14:07
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri