İnsanın ilk dərmanı qaynanmış su olub – İsti suyun şəfa sirləri

Şərhlər: 4
Baxılıb: 2 218
Səs ver:
(səs: 0)
Yadınızdadır sovet dövründə evdə, ictimai iaşə yerlərində, xəstəxanalarda, bağçalarda – hər yerdə qaynanmış su dolu qrafinlər mütləq göz önündə olurdu və hamı, xüsusən uşaqlar yalnız qaynanmış su içərdilər, krandan çiy suyun bədənə qurd saldığını və ziyanlı olduğunu deyirdilər.

Zaman dəyişdi, o qrafinlər yoxa çıxdı, indi su da elektrik çaydanında qaynayır, əl altında isə qaynanmış su yoxdur.

İndi həkimlər də qaynadılmış yox, çiy su, mineral su içməyi tövsiyyə edir. Çünki su qaynandıqda bütün vacib elemenləri yox olur. 

Etiraf edək ki, qaynanmış suyu unutduqca insanların sağlamlığında bir irəliləyiş yoxdur, xəstəliklər artır, uşaqlar isə hansı suyu içdiyini isə bilmir.

Qədim Tibet təbabəti təsdiq edir ki, yer üzündə insanın ilk xəstəliyi mədə, həzm, qida zəhərlənməsi, ilk dərmanı isə qaynadılmış su olub. Ayurvedada da qaynanmış su ən ucuz, ən faydalı dərman kimi təqdim olunur və məhz qaynanmış su ilə müalicəyə bütöv bölmələr həsr edilib.

Nəyə göə qaynadılmış ilıq su içmək orqanizmə faydalıdır. Bu su yorğunluq, piylənmə əleyhinədir. Orqanizm tərəfindən qısa müddətə tam mənimsənilir.

Məsələn, soyuq mineral su 72 dəqiqəyə, isti su isə 48 dəqiqəyə həzm olur. Xüsusən səhərlər orqanizmi şoka salmamaq üçün 45 dərəcə istilikdə qaynanmış su içmək lazımdır.

Hansı qaynanmış su şəfalıdır?
Ayurvedaya görə, qaynanmış su o zaman müalicəvi gücə malik olur ki, onu müvafiq saatda, dərəcədə qaynadasız. Belə ki, qaynadılaraq ¼ qədər miqdarı azaldıqdan sonra qalan su Şəfalı su hesab edilir. O, həzmi asanlaşdırır, sidik, öd, qaraciyəri müalicı edir, köpü, sancını, qanazlığını, ağciyər iltihabını aradan qaldırır. 

Bu suyu otaq temperaturuna qədər soyutduqda üərkbulanma, ishal, başgicəllənmə, yorğunluq, zəiflik, zəhərlənmədə yaxşı təsir edir.

Qaynadılaraq, ½ hissəsi buxarlanıb getmiş su Uşnada adlanır. Ondan astma, bronxit, qızdırma, həzm proqlemində içilir. 

Qaynadılmış su içmək qaydaları:
-Səhər oyanandan sonra bir stəkan qaynadılmış, isti su için. Suyu içdikdən sonra dilin altına bir kiçik daş duz qoyub sovuraraq əridin. 

-Su mütləq əyləşən vəziyyətdə, aramla, kiçik qurtumlarla içilməlidir


-Su bir dəfə qaynadılır. Ya isti içəcəksiz, ya da otaq havasında soyudub içilir. 

-Yeməkdən əvvəl və sonra su içilmir. 

-6 saatdan artıq qalıb soyumuş qaynanmış su artıq ağır su hesab edilir və orqanizm üçün zərərlidir. Onunla bitkiləri suvarin, qabları yuyun. 

-2 dəfə qaynadılmış su zəhərli hesab edilir. Uşaqlara vermək qəti olmaz

-Qaynanmış su ilə soyuq çiy suyu qarışdırmaq olmaz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri