BAYRAMDA QİDALANMA - çox ət yeyib, sağlamlığınızı riskə atmayın

Şərhlər: 2
Baxılıb: 1 598
Səs ver:
(səs: 0)
İslam aləmində ən müqəddəs bayramlardan biri olan qurban bayramı yaxınlaşır. Mərasimdə qurbanlıq heyvanlar kəsilir. Kkasıblara, imkansılzara, yetimlərə bərabər şəkildə paylanılır. beləliklə də, hər evdə qurban əti olan qazan qaynayır. 3 günlük bayramda qidalanmaya xüsusi ilə fikir vermək lazımdır.

Mütəxəsislərin sözlərinə görə ifrat dərəcədə və qeyri-sağlam formada bəslənmək özü ilə bərabər sağlamlıq problemləri də gətirir. Təzə kəsilmiş ətin yetişməsi və asan həzm olunması üçün 1-2 gecə soyuducuda saxlanılmalıdır. Heyvan kəsildikdən sonra hazırlanan ətlərin həzm edilməsi çox çətin olur. Sərt olduğuna görə də uzun müddət bişirilir. Bu zaman da ətin keyfiyyəti itir.

Qurban bayramı ərəfəsində  qırmızı ət istehlakı çoxalır. Ona görə də, ürək-damar, diyabet, hipertoniya xəstələri xüsusi ilə diqqət etməlidir. Əks halda sağlamlıqları risk altındadır.  

Kəsilən heyvanın ətini tez istehlak etməyin. Çalışın yağsız ət qəbul edin. Təzə ət bişirmək istəsəniz mütləq yağsız bişirin. Kabab etməkdən uzaq durun. Sobada bişirməyə üstünlük verin. Bundan başqa əti yedikdə mütləq yaxşıca çeynəyin ki, həzmi asan olsun.

Ət yedikdə yanında mütləq səbzələr də olsun. Qovurma edib saxlamısınzsa günorta yeməyə çalışın. Çalışın əlavə yağ istifadə etməyin, öz yağında bişirin. Hazırladığınız yeməyi səbzələrlə  bişirsəniz daha faydalıdır. Çünkü səbzələrdə olan C vitamini, ətdə olan dəmir, sink və maqneziumun asan əmilməsini təmin edir. Qazlı içkilər əvəzinə ayran və ya qatıq içilməlidir.

Axşam yeməyində isə ət yerinə tərəvəzlər, göyərtilər qəbul edin. Həmçinin paxlalı bitkilərdən də istehlak edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 598
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri