Kişilər üçün ziyanlı olan məhsullar

Müəllif: diablo
Şərhlər: 1
Baxılıb: 318
Səs ver:
(səs: 0)
Alimlər yağlı qidanın kişilərin beyninə fərqli təsir göstərdiyini aşkar ediblər. Texas Universiteti nəzdində Cənub-Şərqi Tibb Mərkəzinin bioloqları gəmiricilər üzərində sınaq keçiriblər. Məlum olub ki, müntəzəm olaraq tez hazırlanan qida məhsulları ilə qidalanan erkək gəmiricilərdə beyinin iltihabı inkişaf etdiyi halda, dişi gəmiriciləri belə bir aqibətdən estrogen hormonu qoruyub.

16 həftə sürən kalorili yağlı yeməklərdən sonra təcrübə altında olan erkək gəmiricilərdə beyin iltihabı inkişaf etməyə başlayıb. Maraqlıdır ki, hətta bu qədər müddət ziyanlı yeməklərdən sonra dişilərin hipotalamusu təmiz qalıb.

Bundan əlavə, təcrübə altında olan gəmiricilərin vəziyyətinin sonrakı analizi göstərib ki, dişilərlə müqayisədə erkəklər qlükozaya davamsızlıq və ürək funksiyalarının pozulması əlamətlərini daha çox nümayiş etdiriblər. Alimlər müəyyən ediblər ki, dişiləri fastfudun mənfi təsirindən estrogen hormonunun erkəklərdə təsadüf edilməyən tipi qoruyub.

Qeyd edək ki, alimlər bu son dərəcə qəribə fenomenin səbəblərindən baş çıxarmaq üçün əlavə araşdırmalar aparmağı planlaşdırır.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 318
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Kalorili yagli yemekler her kesucun zererlidi
2 noyabr 2019 09:29
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri