Yaddaşını möhkəmləndirmək, təzyiqi salmaq üçün bunları için

Müəllif: diablo
Şərhlər: 3
Baxılıb: 323
Səs ver:
(səs: 0)
Həddən artıq yüklənmələr, yüksək stress və yaşlanma – bütün bunlar bizim yaddaşımızı zəiflədir. Xoşbəxtlikdən elə içkilər var ki, onlar bu prosesi ləngitməyə imkan verir.

Kök şirəsi. Kökü yalnız salat və şorbalara qatmaqla ondan istifadəni məhdudlaşdırmaq lazım deyil. Bu tərəvəzin tərkibində olan beta-karotin yaddaş üçün çox faydalıdır. Bu oksidant iltihabdan müdafiə edir və intellekti möhkəmlətməyə şərait yaradır. Bundan başqa, kök şirəsi təbiətinə görə şirindir, gün ərzində 1-2 stəkan içmək sizə xoş gələr.

Tomat şirəsi. Tomat dünyanın bir sıra milli mətbəxində əsas inqrediyentlərdəndir. Pomidorun tərkibində beyin hüceyrələrini müdafiə edən antioksidant – likopin mövcuddur. O, həmçinin arterial təzyiqi aşağı salır, dərinin sağlamlığını və parlaqlığını qoruyub saxlayır. Nəhayət, pomidor A və C vitaminlərinin zəngin mənbəyidir.

Nar şirəsi. Beyin hüceyrələrinin fəaliyyəti üçün oksigen və nutriyentlər (qida maddələri) tələb olunur. Nar şirəsi qan dövranının yaxşılaşmasına və beynin qanla təminatına şərait yaradır. Deməli, bir stəkan nar şirəsi çox faydalıdır.

Çuğundur şirəsi. Bu şirə də oksigen və nutriyentlərlə zəngin qanın beyinə ötürülməsini təmin edir. Bundan başqa, çuğundur şirəsi tərkibindəki azot oksidləri sayəsində beyni yaxşı vəziyyətdə saxlayır və yaddaşı möhkəmləndirir. Həmçinin arterial təzyiqi azaldır.

Giləmeyvəli smuzi. Müxtəlif giləmeyvələrin tərkibində faydalı komponentlər mövcuddur. Bunlar həm də smuzi üçün çox dadlı komponentlərdir. Bu içkini hazırlayarkən bir dəfəyə giləmeyvənin bir neçə növündən istifadə edin. 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 323
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SeLiN
Meraqli melumat idi.Paylasdiginiz ucun tewekurler.
9 noyabr 2019 22:09
3
Offline
kivircik
Pomidor shiresinden bashqa hamisini seve seve icherem. En sevdiyim chugundur shiresidi faydali oldugunu bilirdim
7 noyabr 2019 11:25
2
Offline
BARBI
Meyve ve terevez sireleri cox faydalidir
7 noyabr 2019 08:38
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri