Professordan məsləhət: Bir kasa qatıqdan sonra mütləq bir alma yeyin

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 812
Səs ver:
(səs: 0)
Trakya Universitetinin Qida Mühəndisliyi professoru Hacı Güleç "Prebiotiklər: Sağlamlığımıza təsiri, İstehsalı və Biotexnoloji Tədqiqatlar" adlı konfransda probiotik və prebiotik konsepsiyaların qarışdırıldığını söyləyib.

Qadınla.Com xəbər verir ki, professor bir kasa qatıqdan sonra bir ədəd alma yeməyi məsləhət görüb:
"Probiotiklər kefir və süd məhsullarında canlı orqanizmdir, onları qidalandıran təbii əlavələrdir. Probiotik və prebiotik balansını düzgün qidalanma ilə təmin edə bilərik. Məsələn, bir kasa qatıqdan sonra mütləq bir alma yemək lazımdır. Alma, yaşıl tərəvəzlər, çuğundur və yer alması ilə bədənimizə faydalı olan probiotiklər və prebiotiklər qəbul edə bilərik".

Arıqlamaq və ya çəkini stabil saxlamaq üçün bəzən pəhrizlərdə yalnız süd məhsullarına yer verilməsinə mütəxəssis belə münasibət bildirib: "Bu zaman probiotik mikroorqanizmi bağırsaqlarda ölür. Heç bir fayda görmürük. Yalnız probiotik kifayət deyil. Probiotiklər və prebiotiklərin birlikdə istifadəsi böyük rol oynayır. Arıqlamaq üçün düzgün qidalanın. Düzgün qidalanma sayəsində həm çəkini nəzarətdə saxlamaq, həm də arıqlamaq mümkündür".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri