Həm kalorisi, həm də faydası çox olan 5 məhsul

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 621
Səs ver:
(səs: 0)
Pendir, şokolad, avokado, zeytun yağı kalorili olmalarına baxmayaraq, sağlamlıq və bədən quruluşuna müsbət təsir göstərirlər.

Qadinla.com xəbər verir ki, əzələ yığmaqda kömək edən zülalla yanaşı, pendirdə çoxlu maqnium, kalsium, fosfor, B12 vitamini var ki, onlar da bağırsaqda metabolik proseslərin düzgün tənzimlənməsinə xidmət edir.

Şokolad (qara). Şokoladın tərkibində çoxlu yağ olmasına baxmayaraq, faydalı mikroelementlərin (maqnium, dəmir, kalium, manqan, natrium, B1 və B2 vitaminləri) zənginliyi sayəsində bu məhsul xolesterinin toplanmasını azaldır. Bundan başqa, qara şokalad hədsiz iştahın ideal yatırıcısıdır.

Yumurta. Tərkibindəki böyük miqdarda xolesterinə görə o, yağlı məhsullara aiddir. Lakin son tədqiqatlar göstərir ki, yumurtanın tərkibindəki xolesterin qandakı xolesterinin səviyyəsinə təsir göstərmir. Bu məhsul bizi orqanizm tərəfindən asanlıqla həzm olunan zülalla təmin edir. Bədən quruluşunun ideal olmasında vacib qida maddələrindən biri də zülaldır.

Avokado. İsrailli alimlər kaliumla zəngin olan məhsulların çəkinin azalmasına təsir göstərdiklərini müəyyən ediblər. Avokado tərkibindəki kaliuma görə yetərincə fərqlənir. Onda digər meyvələrlə müqayisədə 40% daha çox kalium var.

Zeytun yağı. O, iştahı və qan təzyiqini aşağı salır, eləcə də anti-iltihabi gücə malikdir. Zeytun yağı sürətli yağ yandırmağa müsbət təsir göstərir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 621
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
Qara şakalat cox faydalıdır,pendirin faydaları var amma xolestrini artıq olanlara yemek olmaz,zeytun yagıda faydalı olmagına baxmayaraq düzgün istifade etmedikde zererli mehsula cevrilir(misalcün qızartma zamanı istifade etmek olmaz zeytun yagını)
19 fevral 2020 18:14
3
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Btsarmy;)
Wokoladin vitaminle zengin olmasın bilmirdim))
Maraqli idi
Teşekkürler!
19 fevral 2020 16:02
2
-^Gozlerin Gözlerimin Gozlediyi Gözleri Gözleseydi Gözlerin Gözlerimle Göz-Göze Gelerdi...✌
Offline
BARBI
Her biri faydali mehsullardi.Her kes istifade etmelidir
19 fevral 2020 12:05
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri