Axşam yeməyi yuxudan neçə saat əvvəl qəbul edilməlidir?

Müəllif: diablo
Şərhlər: 8
Baxılıb: 1191
Səs ver:
(səs: 0)
Axşam yeməyi yuxudan neçə saat əvvəl qəbul edilməlidir?Məsəl var, deyirlər ki, səhər yeməyini özün ye, günortanı dostuna, axşamı düşməninə ver. Bu deyimdə həm də bir həqiqət var.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, gündəlik kalorinin 50 faizi axşam süfrəsinin payına düşür. Gecə saatlarında yüksək kalorili yeməklərdən sonra qəbul edilən şirniyyatlar və qazlı içkilər orqanizmin artıq yüklənməsinə səbəb olur. Axşam süfrəsində qəbul olunan qidaların növbəti gün iş fəaliyyətinə təsirsiz ötüşmədiyi məlum olub.
Səhər yeməyinin daha qüvvətli olması həkim və diyetoloqlar tərəfindən təsdiq olunub, günorta isə kalori baxımından ondan bir az aşağı olmalıdır, kalorisi ən az olan yeməklər isə axşam qəbul edilməlidir.
Axşam yeməyi zamanı tərəvəzlərdən və daha yüngül qidalardan mütləq istifadə edilməlidir ki, insan yatana qədər orqanizm onu həzm edə bilsin, yatanda isə mədədə və mədə-bağırsaq sistemində ağırlıq hissi yaratmasın.
Mütəxəssislər bildirirlər ki, yaxşı səhər yeməyi özünü daha enerjili və sağlam hiss etməyə səbəb olur. Nahar yeməyi də çox əhəmiyyətlidir və onun gecikdirilməsi axşama qədər aclıq hissinin üstün gəlməsinə və axşam yeməyində yeməyə həddindən artıq meyl yaranmasına səbəb olur.
Şam yeməyinin müəyyən saatlarda yeyilməsi məsləhətdir. Onun yatmazdan 3-4 saat əvvəl qəbul edilməsi daha düzgündür.
Süfrəyə verilən yeməklərin təzə və keyfiyyətli qidalardan hazırlanması da mühüm əhəmiyyət kəsb edir. Axşam yeməyində süfrəyə verilən qidaların, eləcə də meyvə-tərəvəzlərin gigiyenik qaydada hazırlanması da vacib şərtlərdən biridir. Qidaların bir gün əvvəldən hazırlanıb soyuducuda saxlanılmaq şərtilə istifadə olunması da mümkündür.
Qidalar 0-5 dərəcəyədək temperaturda soyuducuda saxlanılmalı, süfrəyə verilərkən 60 dərəcəyədək temperaturda qızdırılmalıdır. Bir dəfə donu açılmış qidanın yenidən dondurularaq istifadə edilməsi yolverilməz hesab olunur, çünki bu zaman onun tərkibindəki zülallar, proteinlər və yağlar itir. Doydurucu bir nahar yeməyi və ara yeməyi qəbulu, meyvələrlə qidalanmaq gec saatlarda acmaq və yemək istəyini azaldır. Yatmazdan əvvəl duş qəbul etmək və bitki çayı içmək gec yatmağa və az yeməyə kömək edir. Axşamlar az və vaxtında yeməyi də vərdiş halına gətirmək lazımdır. Yuxu gəlməsə də, hər gün eyni saatda yatmağa cəhd göstərilməlidir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1191
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Miss_Oxatan
Men ac yata bilmirem.tutaq awxam saat 7 ya 8de yeyiremse 12de falan aciram
2 aprel 2020 01:46
8
#flatearth
Offline
Love-Girl
Hamilelikden bir verdiw qalib mende gece yemek yemek.
Hamile zamani tez tez acliq hiss etdiyim ucun yeyirdim. Dogus sonrasi gece sudum yaxsi olsun deye yeyirdim ve geceni yaxsi doyuzdururdum balami. Ozumde cox ariq oldugum ucun hec artiq ceki problemi yasamaram deyib yeyirdim. Son gunler ama qarnimin cixdigini gorurem ve cox pis tesir edir mene. Iki usaq anasi olsamda hec qarnim cixmamisdi taaa ki, son gunlerde. Dedim pehriz saxlayim sonra bu qarantin sohbeti cixdi. Indide qerara gelmisem gorum bu qarantinden sag salamat cixim sonra saxlayaram. Deyirem daha o terefe ac acina getmeyimde.
Dieta bele wey imis demek.
1 aprel 2020 23:12
7
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
diablo
Sitat: BARBI
Axsam yemeyi en gec 7 de qebul edilmelidir

Eynən mən 6-7arasi yeyib dururam.Çünki axşam yeyib yata bilmərəm.Təxmini saat 10 11 arası yatiram.
1 aprel 2020 18:49
6
...
Offline
kivircik
Neynesek de,8-9dan tez bir yere yigisha bilmirik axsham yemeyinde
1 aprel 2020 10:04
5
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Offline
_pandam_
Men yeyb yatıram :D ziyanını bilem ama deişemirem
1 aprel 2020 04:19
4
Offline
❤Mələyim❤
Mənim çox sevdiyim şam yeməyi çünki ailə cəm olur
31 mart 2020 23:10
3
Offline
BARBI
Axsam yemeyi en gec 7 de qebul edilmelidir
31 mart 2020 17:29
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Army_Blink
Maraqli melumatdi baci. Twk
31 mart 2020 13:32
1
#**¶ Bu GÜnÜ yAŞa!!! SaBAhI düŞüNMe!
ÇÜnkÜ sABah OLmaYaDA bİlERsEn!!! *¢¶

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri