35 yaşdan yuxarı olanlar üçün tövsiyə

Müəllif: Ay_işığı
Şərhlər: 5
Baxılıb: 1395
Səs ver:
(səs: 0)
Təəssüf ki, yediyimiz və bəyəndiyimiz şeyləri heç də hər zaman qaraciyərimiz sevmir.

Bir qayda olaraq, bu çox yağlı və çox qızardılmış şeylərdir. Qaraciyərin sevdiyi şeylər də bizim tərəfimizdən sevilmir. Məsələn, nadir hallarda kişilər dənli bitki yeyir. Ama hər cür xəmir xörəkləri və köftələr sevirlər, üstəgəl alkoqol.
Ancaq nəzərə almaq lazımdır ki, bir qaraciyərimiz var və onu ən az ürək qədər qorumaq lazımdır.

Qadınla.com qaraciyər üçün faydalı olan qidalar haqqında məlumat verir.

Yulaf və un

Yulaf kəpəyi qaraciyər üçün xüsusilə faydalı olan bioloji aktiv beta-qlükanlarla zəngindir. Onlar da immuniteti artırır, həmçinin müxtəlif iltihablarla mübarizə aparır və obezlik və diabet xəstəliyi ilə mübarizədə effektivdir.

Ayrıca, yulaf liflərlə zəngindir, bu da həzmə kömək edir və xüsusi yulaf lifləri qaraciyərin faliyyətini gücləndirir. Bütün yulaf taxıllarından istifadə edərkən çalışın özünüz hazırlayın, çünki hazır yulaf kəpəkləri zərərli əlavələr və şəkər ehtiva edə bilər.

Sarımsaq

Rasionda sarımsağın olması çəki azaltmağa kömək edir, yağları əridir və qaraciyəri stimullaşdırır.

Yaşıl çay

Yaşıl çay içmək, yağ əritməyə kömək edir, oksidləşdirici stressi azaldır və qaraciyər piylənməsinə qarşı mübarizə aparır.

Giləmeyvə

Moruq, qarağat, zoğal kimi bağ və meşə giləmeyvələrində qaraciyəri zərərlərdən qoruyan çox miqdarda antioksidan - polifenollar var. Bundan əlavə giləmeyvələri yemək olaraq tez-tez istifadə etmək, immuniteti artırır.

Qreypfrut

Qreypfrutun tərkibində yüksək miqdarda antioksidant var. Qaraciyərimizi yaralanmalardan qoruyur, iltihabı aradan qaldırır və qaraciyər hüceyrələrini qoruyur. Bunlar qaraciyəri piylənmədən qoruyur və yağ yandıran fermentlərin istehsalını artırır.

Üzüm

Tərkibi üzüm olan hər hansı bir şeyi yeyə bilərsiniz - giləmeyvə, suyu, üzüm toxumu (yağ). Üzümdə bir çox antioksidan var, qaraciyəri iltihabdan və digər zərərlərdən qoruyur.

Digər meyvə və tərəvəz

Bu məhsulları qida üçün nə qədər çox istifadə etsəniz, qaraciyəriniz bir o qədər yaxşı olar.

Aşağıdakı tərəvəz və meyvələr qaraciyər üçün xüsusilə faydalıdır:

çuğundur
avokado
brokoli
əncir
yerkökü
kələmin müxtəlif növləri
limon
göyərti
qarpız

Zeytun yağı

Yağların hamısı bizim üçün zərərli deyil, qaraciyərin bərpası üçün faydalı olanlar var. Yeməkdə zeytun yağının istifadəsi qaraciyərin fəaliyyətini yaxşılaşdırır, həmçinin tərkibində çox miqdarda doymamış yağ turşuları olduğundan oksidləşdirici stressi azaldır.

Fındıq

Fındıqda doymamış yağ turşuları, qaraciyər xəstəliklərinin qarşısını almağa kömək edən antioksidanlar və E vitamini var. Gündə bir ovuc badam və ya qoz qaraciyəri yaxşı vəziyyətdə saxlayır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1395
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 2050
Xəbər sayı: 27
Love-Girl
Coxumuz qidalanmamiza elede diqqetli yanasmiriq. Ancaq saglamliqimiz ucun qidalanmamiza diqqet etmeliyik.
3 iyun 2020 07:13
5
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Şərh sayı: 1228
Xəbər sayı: 127
GüL.
Menim sevdiyim qidalar yazilib burda. Men indiden yeyirem. Bir qreyfurtu sevmirem.
1 iyun 2020 22:47
4
Hər şey sənin üçün
AZƏRBAYCAN!
Şərh sayı: 6179
Xəbər sayı: 0
Cema_Axodova
Qaraciyer menim yarali yerimdir:(
1 iyun 2020 21:33
3
p.s
Şərh sayı: 80617
Xəbər sayı: 30
BARBI
Cox yagli qidalar qara ciyer ucun zererlidir
1 iyun 2020 15:42
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4690
Xəbər sayı: 47
fiyonik
Indi yaglarin terkibi melum olmur. Coxun da kokos yagi var. Zeytun yagini Turkler cox istifade edir. Biz ise hec qeder yox.Yasil cay yaxsidi xususile de Papatya cayi. Maragli melumat idi. Tesekkurler!
1 iyun 2020 15:07
1
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri