Qadınlarda ani ölüm riskini azaldan çay

Müəllif: Ay_işığı
Şərhlər: 10
Baxılıb: 2 932
Səs ver:
(səs: 0)
Çobanyastığı çayı ömrü uzadır, xüsusilə, qadınlarda ani ölüm riskini azaldır.

Qadınla.com xəbər verir ki, bu fakt Texas Universitetinin professorlarının apardıqları araşdırma nəticəsində ortaya çıxıb.

“Gerontolog” adlı jurnalda araşdırma nəticələrinə həsr olunan məqalə dərc edilib. Həmin məqalədə qeyd olunub ki, çobanyastığı çayı qadınlarda ani ölüm riskini 29 faizə qədər azaldır.

5 ştatdan 1,677 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, xüsusilə 65 yaşdan sonra çobanyastığı çayı içmək çox önəmlidir.

Daha öncəki araşdırmalarda çobanyastığının yaşlılığın əlamətlərini yox etdiyi məlum olmuşdu.

Qeyd edək ki, çobanyastığı qanda şəkərin səviyyəsini və təzyiqi sabitləşdirir, infarkt və iflic riskini azaldır. Həmçinin, həzm sistemi, yuxusuzluq, ekzema kimi problemlərə də yaxşı təsir edir.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri