Ağ unun yerinə istifadə edə biləcəyiniz un növləri

Müəllif: ÜlSi❤
Şərhlər: 7
Baxılıb: 2 482
Səs ver:
(səs: 0)
Badam unu
Üyüdülmüş badamlardan hazırlanan badam unu, ağ unu bənzədiyi üçün keks, tort və bisküvit hazırlanmasında istifadə olunur. Yarım fincan badam unu, gündəlik B və E vitamini ehtiyacının 40%-ni qarşılayır. Qlutene həssaslığı olanlar üçün mükəmməl alternativdir. Həzm sistemini nizamlayır. Bu undan çörək də bişirə bilərsiniz.

Şabalıd unu
İtalyan mətbəxində "şirin un" adı ilə tanınır. Yüksək miqdarda B vitamini və dəmir mənbəyidir. Makaron, çörək, tort, keks, şorba bişirimək üçün istifadə edilir.

Noxud unu
Protein baxımından güclü olan noxud unu liflərlə zəngin olduğu üçün həzm sistemi və ürək sağlamlığı üçün faydalıdır. Hindistan, Pakistan, Cənubi-Asiya ölkələrində çox istifadə edilir.

Yulaf unu
Qlutenli və ya qlutensiz olaraq satılır. Həzm sistemini nizamlayır. Yulafı blenderdan keçirərək yulaf unu əldə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri