İnsan niyə ac qala bilmir?

Müəllif: GüL
Şərhlər: 12
Baxılıb: 1044
Səs ver:
(səs: 0)
Aclıq insan həyatı və sağlamlığı üçün əhəmiyyətli bir riskdir. Tələblər yerinə yetirildikdən və aclıq dayandırıldıqdan sonra belə hər şeyin yaxşı qurtaracağı barədə proqnoz və zəmanət vermək çətindir.
Böyük insana bədən tempraturunu, ürək döyüntüsünü və beynin fəaliyyətini saxlamaq üçün gün ərzində aşağısı 1200 kalori lazımdır. Bundan başqa minimal fiziki fəallıq üçün daha 400 kalori tələb olunur.

Lakin bizim bədənimiz qısa müddətli aclığa və üzun müddətli az qidalanmağa uyğunlaşmağa qadirdir. Məsələn, konsentrasiya düşərgələrində olduğu kimi. Diabetə meylli olan genlər hətta qidasızlıq üçün təkamül uyğunlaşması hesab olunur.

Aclıq və əhəmiyyətli dərəcədə kalorinin məhdudlaşdırılması nəticəsində avtofagiya (qısa müddətli aclıq zamanı başlayır, orqanizmdəki zərərli maddələri xaric edir) prosesi - köhnəlmiş molekulların və hüceyrə komponentlərinin təkrar emalı başlayır və həmçinin uzunömürlüyə yönəldilən siqnallar verilir.

Maddələr mübadiləsi hormonal dəyişikliklər sayəsində əhəmiyyətli dərəcədə zəifləyir. Uzun müddət ac qalan insanların vəziyyəti qış yuxusuna getmək kimi təsvir olunur.

Aclığın ilk günlərində maddələr mübadiləsi zülallardan qlükoza formalaşmasına keçid edir və əzələlərin həcmi azalır. Bu qlükonogenez adlanır. Nəticədə yağ toxumaları əsas enerji mənbəyinə çevrilir.

Yağdan qlükozanı əvəzləyən ketonlar - energetika valyutası yaranır. Bu proses isə ketogenez kimi tanınır. Bu çox vacib prosesdir, çünki beyin enerji mənbəyi kimi yalnız qlükozadan və ketondan istifadə etməyə qadirdir.

Bədənimizin güc amilləri hansılardır?

Aclığa davam gətirmək bacarığı sadəcə enerji ehtiyatları ilə bağlı deyil. Bizə həyat fəaliyyətini tam təmin etmək üçün həmçinin vitaminlər, minerallar, yağ turşuları və müxtəlif birləşmələr (əsasən bitki mənşəli) lazımdır. Uzun müddətli aclıq məhz vitamin, mineral ehtiyatlarının tükənməsi , immun və sinir sistemlərinin zəifləməsi üçün təhlükəlidir.

Biz müəyyən dəmir ehtiyatlarına, həmçinin A, D, E, C, folat və B12 vitaminlərinə sahibik. Onlar bir neçə həftə və ya bir neçə ay kifayət edə bilər. Lakin sonradan avitaminoz (vitamin çatışmazlığı) yarana bilər.

Məsələn, C vitamini çatışmazlığı bədəndə kollegenin yaranmaması, dişlərin qırılması, damağın qanaması və qan damarlarının partlaması kimi xəstəliklərə gətirib çıxarır.

Saxlamadığımız vitaminlər daima qida vasitəsiylə orqanizmə daxil olmalıdır. Ac qalan insanlar üçün B1 vitamini, tiamin daha kritikdir. Onun çatışmazlığı aclıqdan 3 həftə sonra artıq özünü göstərir, sinir sistemi və düşüncə ilə bağlı problemlər yaradır, həmçinin görmə qabiliyyətinin itirilməsinə və hərəkətin pozulmasına gətirib çıxarır.

Böyük yağ ehtiyatlarına sahib olan insanlar bir qədər çox ac qala bilərlər. Yağ toxumaları təkcə enerji mənbəyi deyil, həm də yağda həll olan vitaminlər və əvəz olunmayan doymamış yağlı turşulardır.

Əgər kişilərin bədən kütlə indeksi 13-dən, qadınlarınkı isə 11-dən aşağıdırsa bu həyat üçün ciddi təhlükə hesab edilir. Bu, insan səhhətində əhəmiyyətli və qayıtması mümkün olmayan dəyişikliklər, o cümlədən su udmaq, eşitmə, görmə və tənəffüslə bağlı problemlər deməkdir.

Uzun müddətli aclığın riskləri hansılardır?

İnsan nə qədər çox aclıq edərsə, ürək çatışmazlığı və ya enerji, vitamin çatışmazlığı nəticəsində beynin zədələnməsi riski daha çox olur. Ehtiyatların tədricən tükənməsi bütün sistemdə əks olunur.

Bizim sümüklərimiz kalsium bazasıdır. Qan plazmasında kalsium səviyyəsi daimi olmalıdır. Ona görə də insan heç nə yemədiyi zaman kalsium da qidayla daxil olmur və sümüklər də tədricən onu itirməyə başlayırlar. Və nəticədə uzun müddət aclıq keçirən insanların sümükləri kövrəkləşir.

İmmun sistemi hüceyrələri məhz qlükozadan asılıdır. Ona görə də aclıq və ya üzün müddətli karbohidratsız pəhriz immun sistemini zəiflədir. Aclıq yolunu seçən insanlar ən çox infeksiya xəstəliklərinə yoluxmaq və ağırlaşmaq riski daşıyırlar. Uzun müddətli aclıq bağırsaq və onun mikroflorası üçün çox zərərlidir. Mikrofloranın tərkibi dəyişir və qida olmayan zaman o bağırsağın ölmüş hüceyrələri ilə qidalanmağa başlayır. Bağırsağın selikli pərdəsi çətin bərpa olunur və intensiv şəkildə ölür.

Bütün bunlar ishal riskini, bağırsaq zədələnməsi və qida çatışmazlığı riskini artırır.

Aclıq bədən temperaturunu tənzimləmək bacarığının itirilməsinə gətirib çıxarır. Bu qalxanvarı vəzlərdə hormonlar səviyyəsinin dəyişilməsi nəticəsində baş verir. Ona görə də aclıq zamanı insanlar hipotermiya (insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaranan simptom) riskinə məruz qalır.

Digər fəsadları isə başgicəllənməsi, aşağı təzyiq, qarında ağrı, susuzluq, ürək döyüntüsünün zəifləməsi, qanda kaliumun aşağı səviyyəsi, həmçinin ürək çatışmazlığı və digər orqanların fəaliyyətini dayandırmasıdır.

Aclığı dayandırmaq da həmçinin peşəkar köməyilə həyata keçirilməli olan çətin prosesdir. "Bəslənmə sindromu" deyilən bir termin var, hansı ki, elektrolitlər balansının qəfil dəyişməsi ölümcül nəticələrə gətirib çıxara bilər.

İnsanlar ürəkdə, sinir sistemində pozuntular və şişkinliyə məruz qalmaq riskini daşıyırlar. Bağırsaq tədricən mikrofloranı, məsələn, qidalanma bacarığını və laktozanın parçalanmasını bərpa etməlidir.

Aclıq nə qədər çox davam edərsə, sağlamlıq riski daha çox olar. Belə hallarda beyin və ürəyin fəaliyyəti üçün vacib olan vitamin və elektorolitləri təmin edən qeyri-zorakı tibbi yardım çox vacibdir.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 1044
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1026
Xəbər sayı: 6
♡R.X♡
Hemise en boyuk arzum ac qalan insanlara komek etmekdir.Hemise onlara baxanda uryim agriyir. 27 agla Ozum biraz ac qalan kimi pis oluram.Buna gorede oruc tutmuram.Ancaq susuz qala bilirem.Melumat maraqliydi.
15 iyul 2020 22:25
12
Şərh sayı: 7861
Xəbər sayı: 1323
Son Bahar
Meqaleni axira qeder oxuya bilmedim.Ama onu qeyd edimki ac qala bilmirem son zamanlarda anormal yemek terzinedeyem.Yemeyi agzima aparan kimi udmaq isdeyirem ceynemeye qeti sebrim catmir....ona gorede saniyeye bir bosqab bosalir.O gun qonsunun terezinde cekildim helede shokdayam 60 kq olmuwam(((Esasda qarin hissesinden kokelmisem.Biraz irademle dostlassam diyata tutaram...
23 iyun 2020 00:48
11
Son Bahar kadini
Şərh sayı: 881
Xəbər sayı: 0
♡iLK NUR♡
Ancaq oruc tutanda Allah insana dözüm verir bu il orucluqda nə acdım nədə sussladım inşallah həmişə belə olar Allah hamıya dözüm versin Amin
22 iyun 2020 18:17
10
Yıxılaram səncə? Heç sarılmaram da, şüşə kimiyəm. Bəziləri nə qədər, qırırsa qırsın
Mən qırıldıqca kəskinləşirəm
Şərh sayı: 80968
Xəbər sayı: 30
BARBI
Ac qalmaga dozunluyem.Eseblesdim o deq istahim kesilr
22 iyun 2020 17:34
9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4925
Xəbər sayı: 48
fiyonik
Psixologiyamiza ele qebul etsek, bir gun ac qala bilerik. Men ac qalmag yox,mekteb vaxti seher yemek yemirdim. Gunorta da hazir fast food edirdim. Bir tek axsam yeyirdim. Indi de seher cox yeye bilmirem. Ac qalsaq bir muddet sonra problemler olar. Maragli melumatdi. Tesekkurler
22 iyun 2020 17:32
8
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 881
Xəbər sayı: 0
♡iLK NUR♡
27 Maraqlı məlumat okdu mən aclığa dözəbilərəm amma susuzluğa əsla 27
22 iyun 2020 16:54
7
Yıxılaram səncə? Heç sarılmaram da, şüşə kimiyəm. Bəziləri nə qədər, qırırsa qırsın
Mən qırıldıqca kəskinləşirəm
Şərh sayı: 8894
Xəbər sayı: 290
Melek5
Ac qalmağı bacarıram, ancaq bu sonradan insan orqanizminə pis fəsadlar törədir.
22 iyun 2020 16:18
6
❤ﷲAℓhαmdυℓίℓℓαhﷲ❤
Şərh sayı: 761
Xəbər sayı: 0
Fulin
Maraqlı xəbər oldu.

Təşəkkür⭐
22 iyun 2020 16:08
5
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden ⭐
Şərh sayı: 11117
Xəbər sayı: 307
Totu
men seher gunorta axsam yemeyimi yeyirem yemeyi gec yeyenkimi bas agrilari halsizliq olur.
22 iyun 2020 15:26
4
Şərh sayı: 3768
Xəbər sayı: 109
ÜlSi❤
Men bezen he. Ama cox vaxt aglima gelmez.
Meselen: bu gün hecne yememiwem. Ona göre bir ara medemde problem. Oldu. Rejim pozulanda ele olur.
Tewekkurler xeber ucun:)❤✨
22 iyun 2020 15:23
3
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 6341
Xəbər sayı: 0
Cema_Axodova
Menim yadima yemek duwmurdi qiz vaxti.indiki uwaqlari saatla yedirirem qrafike duwmuwem :)
22 iyun 2020 14:21
2
p.s
Şərh sayı: 4380
Xəbər sayı: 159
AYCA
Mən ac qalmağa dözürəm ac qalım satdarnan sora qarışıma yeməy gələndə onu yeyə bilmirəm Eləbil doymuşam
22 iyun 2020 13:15
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri