Yatmazdan əvvəl bunları yeməyin. FAYDALI MƏLUMAT!

Müəllif: Ay_işığı
Şərhlər: 9
Baxılıb: 1566
Səs ver:
(səs: 0)
Gün ərzində son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.

Həmçinin şam yeməyi daha azkalorili olmalıdır. Axşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur.

Digər tərəfdən yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri, ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır, nəticədə orqanizmdə toksinlər və şlaklar yığılır, orqanizmdə intoksikasiya (zəhərlənmə) inkişaf edir.

Gecə saatlarında mədə, bağırsaqlar, qara ciyər dincəlir və özünü bərpa edir. Lakin əgər insan yatmazdan əvvəl çoxlu miqdarda qida qəbul edirsə (xüsusilə yağlı, qızardılmış və s. qidaları) onun mədə-bağırsaq sistemi dincələ bilmir, artıq yüklənir. Bu isə öz növbəsində müxtəlif pozulmaların inkişafına təkan verə bilər.

Yatmazdan əvvəl yağlı, qızardılmış, duzlu, şirin qidaları, kolbasa-sosis, qırmızı ət, mayonez əlavə olunmuş salatlar qəbul etmək xüsusilə tövsiyə edilmir.

Əgər aclıq sizi çox narahat edirsə, yatmazdan əvvəl 1 alma və ya portağal, 1 stəkan kefir, bioyoqurt qəbul edə bilərsiniz.

Yatmazdan əvvəl mayenin qəbulunu da məhdudlaşdırmaq lazımdır. Bu xüsusilə çay, qəhvə, digər tərkibində kofein maddəsi olan içkilərə aiddir. Kofein sinir sisteminə qıcıqlandırıcı təsir edir ki, bunun nəticəsində insanın yuxusu pozula bilər.

Bundan əlavə gecə vaxtı mayenin həddən artıq qəbulu böyrəkləri yükləyir. Bu isə gecə və səhər saatlarında arterial təzyiqinin qalxmasına səbəb ola bilər. Nəzərinizə çatdıraq ki, bu çox təhlükəlidir. İnsult və infarkt kimi ağır pozulmaların bir çox hissəsi məhc səhər saatlarında baş verir.

Bu səbəbdən yatmazdan əvvəl 100 qr adi su içmək kifayətdir. Səhər oyandıqdan sonra isə mütləq 1 stəkan su için. Bu orqanizmi oyadır, orqanizmin həzm və digər sistemlərini işə salır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1566
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 573
Xəbər sayı: 12
_pandam_
Yatmazdan əvvəl yağlı, qızardılmış, duzlu, şirin qidaları, kolbasa-sosis, qırmızı ət, mayonez əlavə olunmuş salatlar qəbul etmək xüsusilə tövsiyə edilmir.

Ele indi mayonezli, kolbasalı salat yedimee) Men heç fikir vermirem bu yemek mövzusuna) Faydalı xeber oldu ama. Teşekürler^^
26 iyun 2020 03:09
9
Şərh sayı: 7855
Xəbər sayı: 1323
Son Bahar
Sagliqli qidalanmiram malesef...
25 iyun 2020 23:54
8
Son Bahar kadini
Şərh sayı: 8857
Xəbər sayı: 291
Melek5
Maraqlı oldu. Hətda səsli oxudum anamım da bilməyi üçün.
Təşəkkürlər 01
25 iyun 2020 17:43
7
❤ﷲAℓhαmdυℓίℓℓαhﷲ❤
Şərh sayı: 6150
Xəbər sayı: 0
Cema_Axodova
Gün ərzində son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.
Bu mende tersinedi yatana yaxin yeyirem wam yemeyin.wirniyyatida evde hazirlayiram deye onuda yeyirem guya kokelecem.amma heleki hec bir effekt gormemiwem:(
25 iyun 2020 05:18
6
p.s
Şərh sayı: 310
Xəbər sayı: 0
_samire_
Adindan da gorunduyu kimi faydali melumat olub
Tesekkurlerheart
25 iyun 2020 04:51
5
Şərh sayı: 3273
Xəbər sayı: 109
Btsarmy;)
Bilirdim ki, gece yatanda az kalorili qidalar qebul etmek lazimdir!
Xeberdede qeyd olunub,çünkü gece esasen dincelirik. Otururuq,uzaniriq, bezi adamlar yemek yeyen kimi yatir mede yediklerin hezm bele etmir)
Amma ki mence eger gece sporu eden,gece yürüyüşe,qacisa cixan insanlar ucun, *yağlı,qizartma* filan ferq etmir.

Xebere göre teşekkürler baci'can❤)
24 iyun 2020 21:36
4
-'Cox deyirler!)) "Sevgi nedir?"
"Sevgi kor bir insana goygurwagini basa salmaqdir" //
...✌
Şərh sayı: 273
Xəbər sayı: 0
Qıvırcıq_007
Faydalı məlumat oldu.Həmişə ya su yada bitki çayı içirəm mən.


Təşəkkür⭐
24 iyun 2020 19:02
3
Şərh sayı: 80576
Xəbər sayı: 30
BARBI
Gece yungul qidalar yemek mutlewdi
24 iyun 2020 15:10
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 80
Xəbər sayı: 0
Shrenu parikh. .
Maraqlı məlumat oldu yatmazdan əvvəl su içməyin faydalarını heç bilmirdim doğrusu.
Təşəkkürlər
24 iyun 2020 13:13
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri