Gündə nə qədər çörək yeyilməlidir?

Müəllif: GüL.
Şərhlər: 11
Baxılıb: 1131
Səs ver:
(səs: 0)
Çörək son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Ümumiyyətlə son illərdə çörəyin sağlamlığa təsirini mütəxəssislər də tez-tez gündəmə gətirir. Hətta sağlam həyat tərzinin əsas şərtləri arasında ağ undan bişirilmiş çörəkdən və karbohidrat məhsullarından imtina birinci yerdə dayanır.

Araşdırmalar göstərir ki, uzun müddət keyfiyyətsiz karbohidrat yemək ürək xəstəliyi riskini 20 faiz artırır.

 Endokrinoloq, tanınmış professor Abdülkadir Ömər “Hansı çörək sağlamlığımız üçün zərərsizdir” sualına cavab verib. Professor çörəyin bədən üçün faydalarından da söz açıb.

- Çörək yemədən doymaq mümkündürmü?

- Cəmiyyətdə belə bir inanc formalaşıb ki, çörək sayəsində daha tez doyuruq. Lakin yadda saxlamaq lazımdır ki, orqanik, kimyəvi maddələrə məruz qalmayan və genetikası dəyişdirilməmiş dənli bitkilərdən əldə edilən undan bişirilən çörək daha tez doymağa kömək edir.

- Çörəyin faydaları nələrdir?

- Çörək karbohidratla yanaşı protein, lif, kalsium, fosfor, B1, B6 vitaminləri baxımından da zəngin qidadır. Odur ki, təbii çörək zehni və fiziki sağlamlığın qorunmasını təmin edir. Tam taxıldan hazırlanan çörəkdəki liflər mədə və bağırsaq sağlamlığını qoruyur, qəbizliyin qarşısının alınmasına ciddi təsir edir. Bundan əlavə şəkər xəstələrinin qanda şəkər miqdarının yavaş yüksəlməsinə və xolesterinin nəzarətdə saxlanılmasına yardım edir.

- Təbii çörək hansıdır?

- Kimyəvi maddələrlə ağardılmamış undan bişən çörək faydalıdır. Məsələn, çovdar, yulaf və buğda unu keçərlidir. Rəfinə edilmiş unun digərləri ilə müqayisədə qida dəyəri fərqlidir. Odur ki, cəmiyyətdə təbii undan hazırlanan çörək məhsulları təbliğ olunmalıdır.

- Hansı karbohidratlı qidalar zərərlidir?

- Sözsüz ki, orqanik çörək yerinə, rəfinə edilmiş un, yüksək miqdarda şəkər və yağlar ehtiva edən karbohidrat məhsulları zərərlidir. Rəfinə edilmiş undan hazırlanmış və yüksək miqdarda yağ əlavə edilmiş tortlar, digər şirniyyatlar təhlükəlidir. Bu qidaların kalori dəyəri olduqca yüksək olduğundan köklük və piylənmə başda olmaqla ciddi sağlamlıq problemlərinə yol aça bilər.

- Gündə neçə dilim çörək yeyilməlidir?

- Gündəlik çörək miqdarı insanın fiziki fəaliyyətindən, yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılıdır. Gənc inşaat işçisi ilə artıq çəkili insanın və ya yaşlı diabetli xəstənin çörək norması əlbəttə fərqli olacaq. Ciddi xəstəliyiniz yoxdursa və ya aktiv həyat tərziniz varsa, orqanik çörəkdən hər yeməkdə ehtiyacınız olan qədər istifadə edə bilərsiniz. Ancaq diabet, ürək, piylənmə və yüksək təzyiq kimi xəstəliklər olduqda, hər yeməkdə bir dilim çörəklə məhdudlaşmağı öyrənməlisiniz.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 1131
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 10860
Xəbər sayı: 307
Totu
men yemeyi corekden cox yeyirem)
28 iyun 2020 11:30
11
Şərh sayı: 6150
Xəbər sayı: 0
Cema_Axodova
Bizim millet cox corek yeyir.corek olmasa ele bilirik Ac qalmiwiq:)
26 iyun 2020 10:30
10
p.s
Şərh sayı: 573
Xəbər sayı: 12
_pandam_
Çöreyi çox yeyirik biz) Deyildiyi kimi çörek yemesek doymarıq deye düşünürük niyese
26 iyun 2020 03:00
9
Şərh sayı: 7855
Xəbər sayı: 1323
Son Bahar
Men coreyi cox sevirem ...2 tip insan var yemeye guc salan birde coreye guc salan.Men yemekden cox corek yeyirem ne qeder yemek yeyim yene coreyim normadan eksikdise doymaram.
25 iyun 2020 23:48
8
Son Bahar kadini
Şərh sayı: 310
Xəbər sayı: 0
_samire_
Maraqli Melumat oldu twk
25 iyun 2020 23:09
7
Şərh sayı: 1204
Xəbər sayı: 127
GüL.
İki ildi çörək yemirəm.
25 iyun 2020 17:39
6
#xəyalımsan
Şərh sayı: 8857
Xəbər sayı: 291
Melek5
Əslində çörək insanı doyuzdurur. Yemək adi yeyiləndə aclıq daha tez gəlir.
Təşəkkürlər
25 iyun 2020 17:35
5
❤ﷲAℓhαmdυℓίℓℓαhﷲ❤
Şərh sayı: 80576
Xəbər sayı: 30
BARBI
Hmmm coreksiz cox da tez doymaw olmur.
25 iyun 2020 17:13
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 3273
Xəbər sayı: 109
Btsarmy;)
-Elbettdeki çörek yemeden doymaq mümkündür.
Xemir yemekleri corekle yemirler (bezi istisna insanlar var ama 122)

Teşekkürler!
25 iyun 2020 17:01
3
-'Cox deyirler!)) "Sevgi nedir?"
"Sevgi kor bir insana goygurwagini basa salmaqdir" //
...✌
Şərh sayı: 80
Xəbər sayı: 0
Shrenu parikh. .
Maraqlı məlumatdı'Çörək gündəlik ən çox istifadə edilən'un məmulatıdı.məndə çörəkdən lazım olduğu qədər istifadə edirəm.

Təşəkkürlər♡♡
25 iyun 2020 16:37
2
Şərh sayı: 274
Xəbər sayı: 0
Qıvırcıq_007
-Xəbərdə deyildiyi kimi 'Çörəkdən hər yeməkdə ehtiyacım olan qədər' istifadə edirəm.Maraqlı məlumat oldu)


Təşəkkür⭐
25 iyun 2020 16:20
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri