Kələm turşusunun 5 inanılmaz FAYDASI

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 1584
Səs ver:
(səs: 0)
Kələm turşusu qışın ən populyar məhsuludur. El arasında ona "molokan kələmi" də deyilir. Kələm turşusu sağlamlığımız üçün olduqca vacib probiotik, prebiotik, qidalı liflər, fermentlər və vitaminlərlə zəngindir. Kələm turşusu əsl müalicəvi məhsuldur.
Qadınla.Com xarici mətbuata istinadla həkimlərin kələm turşusunun insan sağlamlığı üçün mühüm faydaları haqqında dediklərini təqdim edir:

1. Bağırsaqların sağlamlığını qoruyur
Kələm turşusu həm probiotik, həm də prebiotiklərlə zəngindir. Kələmin tərkibində olan probiotiklər (lakto və bifido bakteriyalar) bağırsaqların mikroflorasını yaxşılaşdırır, ziyanlı mikrofloranın miqdarını azaldır. Prebiotiklər isə faydalı mikrofloranın qorunması və çoxalmasını təmin edir.
Həmçinin qidalı liflərlə zəngin olan kələm turşusu bağırsaqların normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır.

2. Xolesterinin səviyyəsini aşağı salır
Qidalı liflərin sayəsində kələm turşusu xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək və damarların sağlamlığını qoruyur.

3. İmmun sistemini möhkəmləndirir
Bağırsaqların sağlam mikroflorası güclü immunitetin əsas şərtidir.
Bağırsaqların mikroflorasını yaxşılaşdırmaqla kələm turşusu immun sistemini də möhkəmləndirir, virus və infeksiya xəstəliklərinin riskini azaldır.

4. Damarları möhkəmləndirir
C vitamini ilə zəngin olduğundan kələm turşusu damarlar üçün çox faydalıdır. C vitamini damarların divarlarını möhkəmləndirir, damarların elastikliyini artırır, damarların partlaması riskini azaldır.

5. Arıqlamağa kömək edir
Qidalı liflər və tartron turşusu sayəsində kələm piylərin orqanizmdə yığılmasına mane olur, arıqlamağa kömək edir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1584
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 7120
Xəbər sayı: 62
KRALİCEM
Mende dunen qoydum cox yeyirem yayda bir basqa dadi olur kal komidorla xiyarla lezetli olur biberle....
2 iyul 2020 18:47
8
sukur verdiklerine
Şərh sayı: 381
Xəbər sayı: 0
_samire_
Faydalarini bilmirdim .
Tewekkurler
2 iyul 2020 01:54
7
Şərh sayı: 80735
Xəbər sayı: 30
BARBI
Mm cox sevirem.Coc dadli olur
1 iyul 2020 23:12
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 3711
Xəbər sayı: 109
ÜlSi❤
Cox sevirem)
Cox yemeyin ziyanin bilirdim,mede'ye filan ziyandi.(profil deyiwdi deyesen)hihih
Ama xeyrin bilmirdim)
Teşekkürler çikolatam 09)
1 iyul 2020 21:59
5
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 11082
Xəbər sayı: 307
Totu
kelem turwusunu cox sevirem lezettlidi
1 iyul 2020 21:20
4
Şərh sayı: 4845
Xəbər sayı: 47
fiyonik
Qışda mənim canım-ciyərimdi bu turşu. Çox dəhşət sevirəm. Mənim anam arada bizdə PaI deyirlər, digərləri fərqli deyir Çuğundur atır içinə. Elə də qəşəng olur. Faydasını elə də bilmirdim. Təşəkkürlər
1 iyul 2020 20:42
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 636
Xəbər sayı: 12
_pandam_
Turşuları çox sevirem. Buda sevdiyim ve yediyim turşulardandı. Faydalarını bilmirdim ama. Teşekürler)
1 iyul 2020 20:37
2
Şərh sayı: 217
Xəbər sayı: 0
♡iLK NUR♡
Faydalarını bilmirdim Təşəkkürlər, sevdiyim tərəvəz turşulardandı.
1 iyul 2020 20:29
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri