Heyvanın xeyri və ziyanı

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 1410
Səs ver:
(səs: 0)
1. Heyva enerji mənbəyi olan bir meyvədir.Gün ərzində itirilən enerjinin bərpa edilməsi üçün olduqca faydalıdır.Buna əmin olmaq üçün səhərlər sadəcə bir neçə dilim heyva yeyib nəticəsini görməyiniz kifayət edəcəkdir.

2. Varikoz müalicəsi zamanı heyva olduqca faydalıdır.Müntəzəm olaraq heyva yemək xüsusilə ayaq nahiyəsində olan varikozları və damarların rahatlanması üçün xeyirlidir.

3. Menstrual sikli normallaşdırır.Aylar boyu menstrual sikl pozğunluqları olan xanımlar müntəzəm şəkildə qida rasionlarına heyva əlavə etsələr təsirini tez bir zamanda görə bilərlər.

4. Doğuş prosesini asalaşdırma təsirli qidalar siyahısına daxildir.Hamiləlik və doğuş zamanı dözülməz ağrı və sancılardan uzaq olmağa yardım edir.

5. Şiddətli baş ağrıları yaşayan şəxslər üçün heyva tövsiyə edilir.Bir ovuc heyva çiçəyini bir qaşıq bal ilə qarışdırın və məcun halına gəldikdən sonra 1 stəkan su ilə udun.Təsirini isə artıq yarım saat sonra görəcəksiniz.

6. İştah açıcı meyvədir və çəki almağa kömək edir.

7. Heyva həmçinin cinsi istəyi gücləndirən meyvə kimi də məşhurdur.Durğun və həyəcanı ölən intim həyat sürənlər bu meyvəni öz qida rasionlarına mütləq şəkildə əlavə etməlidirlər.

8. Qış mövsümünün ən çox yayılan problemləri olan soyuqdəymə və qrip əleyhinə də təsirli vasitədir.Heyvanı qaynadıb suyunu içsəniz təsirini tez bir zamanda hiss edə bilərsiniz.

9. Tərlədici təsirə malikdir.Əgər idmandan öncə daha çox tərləyib və orqanizminizdən toksinləri uzaqlaşdırmaq istəyirsinizsə, idmana başlamazdan yarım saat əvvəl heyva yeməyiniz məsləhətdir.

10. Stressli insanlara sakitləşdirici kimi təsir edir.Özünü gərgin, narahat və əsəbi hiss edənlərin ən doğru seçimi heyva olmalıdır.

11. Gözdə olan infeksiyaların aradan qaldırılması üçün təsirlidir.Heyvanı qaynadın, suyunu ayırın və ilıqlaşdıqdan sonra pambığın köməyilə gözlərinizin üzərini təmizləyin.Bu nəm pambığı təxminən 20 dəqiqə gözlərinizin üzərində saxlayın və nəticəsini görəcəksiniz.

12. Bağırsaqlarda yaranan iltihabı aradan qaldırmağa kömək edir.Əgər bağırsaq fəaliyyəti pozğunluğu yaşayır və qəbizlikdə əziyyət çəkirsinizsə bu yolda heyva sizə yardım edə bilər.

13. Həzm sistemi üçün olduqca faydalıdır.Əgər ağır yemək yemisinizsə və həzm sistemi ilə bağlı problem yaşayırsınızsa, qaynadılmış heyva suyu bu problemi asanlıqla həll edə bilər.

14. Heyva ürək döyüntüsünü normallaşdırmağa yardım edir.Təsadüfi deyil ki, sürətli ürək döyüntülərindən əziyyət çəkən insanlara həkimlər müntəzəm şəkildə heyva yeməyi tövsiyə edirlər.

15. Ağız qoxusu üçün faydalıdır.Xoşagəlməz qoxuları arada qaldırmağa kömək edir.

16. Uşaq ishalları zamanı heyva ən təbii müalicə vasitəsidir.Heyvanın kompotunu hazırlayaraq uşağınıza içirə və ishal problemlərindən azad ola bilərsiniz.

17. Qanda olan xolesterini qaydaya salmaq üçün heyva önəmlidir.

18. Anemiya xəstəliyindən əziyyət çəkənlər üçün də heyva çox önəmlidir.Qan azlığından şikayət edənlər heyvanın komptunu hazırlayıb ondan mütəzəm şəkildə qəbul edərək problemə əlac tapa bilərlər.

19. Xərçəng xəstəliyi riskini aşağı salmaq üçün heyva təsirli vasitələrdəndir.Kompot şəklində qəbul etmək kifayət edəcəkdir.

20. Qaraciyər və fəaliyyəti, bərpası üçün olduqca böyük təsirə malikdir.

Heyvanın zərərləri :
1. Heyvanın tumunu yemək hamilə xanımlar üçün düzgün deyildir ;

2. Heyvanı çiy şəkildə yemək məsləhət deyil.Ya bişirmək, yaxud da mürəbbəsini hazırlamaq lazımdır;

3. Yüksək qan təzyiqindən əziyyət çəkənlər heyva yeyərkən az miqdarda yeməlidirlər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1410
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 81112
Xəbər sayı: 30
BARBI
Mm sevirem heyva yeyende el arasinda nece deyerler ureyimde qalir
20 sentyabr 2020 21:56
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 723
Xəbər sayı: 0
_HeRBici_SeVgiLisi_
hayva sevmirem men ne ozunu ne mirebbesini)
20 sentyabr 2020 16:40
3
_HeRBici_SeVgiLisi_
Şərh sayı: 328
Xəbər sayı: 0
Bal
Heyvanı sevirəm ziyanını isə eşitməmişdim təşəkürlər
20 sentyabr 2020 15:14
2
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Heyva sevənəm lakin ziyan'larını bilmirdim.
Təşəkkürlər
20 sentyabr 2020 13:46
1
⚘⚘⚘İlk Nur ⚘⚘⚘

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri