Ürək tutması və infarktdan qoruyan delikates TƏRƏVƏZ.

Şərhlər: 5
Baxılıb: 975
Səs ver:
(səs: 1)
Dünyada delikates tərəvəz sayılan qulançar ürək-damar sistemi üçün ideal məhsul sayılır, onun tez-tez istehlakı ürəyi ölümcül pozulmalar və o cümlədən infarktdan qoruyur.

Qadınla.Com bildirir ki, bu haqda Medical News Today məlumat verib.

Alimlər qulançarın ürəyə olan inanılmaz faydasını tərəvəzin tərkibində olan fol turşusu ilə izah edirlər. Qulançar fol turşusuna görə digər tərəvəzlər arasında çempiondur. Fol turşusu orqanizmdə homosistein aminturşusunun yığılmasının qarşısını alır. Orqanizmdə homosisteinin səviyyəsi yüksək olan insanlarda ürək tutması, infarkt və insultun riski daha yüksəkdir.

Qulançarın digər faydası onun liflərlə zəngin olmasındadır. Liflər bağırsaqlarda həzm olunmur, bağırsaqları yaxşı təmizləyir və həmçinin artıq xolesterini özünə hopduraraq çölə çıxardır. Orqanizmdə xolesterinin artıqlığı çox ziyanlıdır. İstifadə olunmayan xolesterin damarlarda yığılır ki, bu da ateroskleroza səbəb olur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir.

Qulançarın tərkibində ürək-damar sistemi üçün faydalı olan digər maddə asparagindir. Bu maddə arterial təzyiqi aşağı salır və ürəyi möhkəmləndirir.
(səs: 1)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 328
Xəbər sayı: 0
Bal
Çox faydalı xəbərdi
8 oktyabr 2020 17:07
5
Şərh sayı: 805
Xəbər sayı: 1
guzellik
Ureyim damar Allah komek olsun Allah sefa verim insan saglam verim
29 sentyabr 2020 15:56
4
sade semimi merbandan kino medcezir
Şərh sayı: 81108
Xəbər sayı: 30
BARBI
Mmm qylancari cox sevirem
29 sentyabr 2020 15:14
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
lazımlı məlumatdı. Tərəvəzlər çox faydalıdır.
29 sentyabr 2020 14:56
2
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 1101
Xəbər sayı: 0
♡Tək Nur♡
çox maraqlı məlumatdır
29 sentyabr 2020 13:16
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri