Böyrəklərin sağlamlığını qoruyan 5 super məhsul

Şərhlər: 5
Baxılıb: 1593
Səs ver:
(səs: 1)
Kanada alimləri böyrəklərin fəaliyyətini yaxşılaşdıran, böyrəkləri təmizləyən və möhkəmləndirən məhsulların yeni siyahısını tərtib ediblər.

Qadınla.Com bu siyahını nəzərinzə çatdırır.

1. Şüyüd və cəfəri
Alimlər bu 2 göyərtini böyrəklər üçün ən faydalı məhsul kimi qiymətləndiriblər. Alimlər böyrəklərin sağlamlığı üçün şüyüd və cəfərini salatlara əlavə etməyi, çay kimi dəmləyib içməyi tövsiyə edirlər.

2. Alma
Alimlər böyrəklərin sağlamlığı üçün hər gün 3 şirin alma yeməyi tövsiyə edirlər. Almaların qabıqlarını soymayın. Onlar böyrəklər üçün faydalı olan məddələrlə zəngindir.
Araşdırmalar göstərir ki, alma böyrəklərin fəaliyyətini yaxşılaşdırır, böyrək xəstəliklərinin riskini azaldır və hətta mövcud olan böyrək xəstəliyinin inkişafının ləngidir.
Fitoterapevtlər böyrəkləri möhkəmləndirmək üçün adi çayın əvəzinə alma çayını içməyi tövsiy edirlər. Bunun üçün 2 alma qabıqlı şəkildə xırda doğranılır, termosa tökülür, üzərinə yarım l qaynar su əlavə olunur. Dəmləməni axşamdan hazırlayın. Növbəti gün adi çay kimi için.

3. Qarpız
Bu böyrəkləri qoruyan ən tanınmış təbii vasitədir. Qarpız böyrəkləri duz və qumdan təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.

4. Balqabaq
A vitamini və kaliumla zəngin olan balqabaq böyrəklərin sağlamlığına müsbət təsir edir. Balqabaq sidkqovucu təsirə malikdir - bağırsaqları təmizləyir, daşların əmələ gəlməsinin qarşısını alır.

5. İtburnu
Xalq təbabətində itburnu dəmləməsi böyrək xəstəlikləri zamanı çox geniş istifadə olunur.
İtburnu dəmləməsi arterial təzyiqi normallaşdırır və bununla da böyrəkləri müxtəlif pozulmalardan qoruyur. Bildiyimiz kimi, yüksək təzyiq böyrəklərin sağlamlığına olduqca mənfi təsir edir.
Həmçinin sidikqovucu təsirə malik olduğundan itburnu böyrəkləri təmizləyir, böyrəklərdə daşların əmələ gəlməsinə mane olur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1593
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 328
Xəbər sayı: 0
Bal
Maraqlı xəbərdi tşk
8 oktyabr 2020 17:09
5
Şərh sayı: 81112
Xəbər sayı: 30
BARBI
Bir tek balqabaq xoslamiram.
28 sentyabr 2020 17:08
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1122
Xəbər sayı: 0
♡Tək Nur♡
Xəbərə görə təşəkkürlər bilmədiklərimizi burdan öyrənirik
28 sentyabr 2020 14:48
3
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Maraqlı məlumatdı Böyrəylərin qorunası çox önəmlidir.Hər bir orqan kimi

Təşəkkürlər
28 sentyabr 2020 13:13
2
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 723
Xəbər sayı: 0
_HeRBici_SeVgiLisi_
deyilenlerden qarpiz yaxwidi ve yemelidir) qalani yox)
28 sentyabr 2020 13:07
1
_HeRBici_SeVgiLisi_

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri