C vitaminini təbii olaraq hansı qidalardan alaq?- SİYAHI

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 2 894
Səs ver:
(səs: 2)
Hazırda koronavirusa görə günlük 1000 mq dozada vitamin C tövsiyə edilir. Bəs bu qədər miqdarı ən çox hansı meyvədən, tərəvəzdən ala bilərik?

Hər 100 qramda olan C vitamini əsas götürülüb:
1. İtburnu - 100 qramında 650 mq vitamin var. İtburnunu əzib, termosda dəmləyib, təzə-təzə içmək lazımdır.
2. Şirin bolqar bibəri - daha çox qırmızısında. 100 qramında 200 mq C vitamini var
3. Kivi - 180 mq vitamin var
4. Cəfəri - 150 mq var
5. Şüyüd - 100 mq var
6. Bütün növ kələmlər - gül, brokkoli, ağ, qırmızı, hətta kələmin duzda şorabası, suyu və s. 80-70 mq C vitamini var
7. Portağal - 60-50 mq var

Bişirdikdə, çox qaynatıqda, termiki işlənmədə C vitamini tez parçalanır. Ona görə meyvələri çiy yemək məsləhətdir.
Beləliklə, gün ərzində 2 stəkan itburnu dəmləməsi, 1 portağal, 2 kivi yemək, 3 bolqar bibəri, 200 qram kələm, cəfəri, şüyüd salatı edib üzərinə zeytun yağı sıxıb yeməklə siz günlük C vitamini dozanızı ala bilərsiz.

Əslində C vitamini çox meyvə tərəvəzdə göyərtidə var, amma ən çox bunlardadır. C vitamini sarımsaqda da var. Amma onda azdır. və sarımsağı çox yemək də olmur.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri