Sərinləmək üçün isti, yoxsa soyuq içkilər içək? – MÜTƏXƏSSİS TÖVSİYƏSİ

Şərhlər: 7
Baxılıb: 1092
Səs ver:
(səs: 1)
Yay aylarında temperaturun yüksəlməsi ilə bərabər orqanizmimizin suya olan tələbatı da artır. Bu nəfəs kəsən istilərdə bir az da olsun sərinləmək üçün, doğru yolları bilmək olduqca vacibdir.

Bəs görəsən, həm sağlamlığımızı qoruyub həm də sərinləmək üçün hansı içkilərdən istifadə etmək olar? İsti yoxsa soyuq?

Qida texnoloqu Ağa Salamov. deyir ki, isti çay içib sərinləmək daha faydalıdır nəyinki buz kimi soyuq su ilə özümüzü xəstələndirmək, lakin hər şey qədərində gözəldir həmçinin çay da:

“Yay aylarında yaşlı nəsil çox zaman sərinləmək üçün çaya müraciət edir. O bizim milli sərvətimizdir, yaxşı olardı ki, içinə limon da əlavə edilsin. Çayın zərərli tərəfləri isə biz onu həddindən artıq istifadə etdikdə yarana bilər. Əgər çay süfrəsində əyləşmişiksə, 1-2 fincan içməklə kifayətlənmək lazımdır. Həddindən çox qəbul edildikdə orqanizmdə dəmir əskikliyi yarana bilər”.

Qida texnoloqu, gənc nəslin enerji və rəngli-qazlı içkilərə olan marağının onu narahat etdiyini də dilə gətirdi:

“Mən bir mütəxəssis olaraq həm valideynləri həm də gəncləri diqqətli olmağa çağırıram. Enerji içkilərindən istifadə uşaqlar üçün olduqca zərərlidir. Bu hormonal problemlərə gətirib çıxarır. Çalışın yay aylarında sərinləmək üçün rəngli qazlı, habelə enerji içkilərindən uzaq durun. Onlar hamısı boş karbohidratlardır. Bu tip içkilərin tərkibində taurin maddəsinin miqdarı yüksəkdir. Buda bədəndəki taurinin miqdarını normadan atıq edərək, olduqca böyük fəsadlara gətirib çıxarır. Heç bir həkim yaxud da mütəxəssis deyə bilməz ki, tərkibində taurin olan enerji içkiləri sizin üçün faydalıdır”.

Ağa bəy bu isti günlərdə sərinlədən zərərli mayelərin yerinə milli içkilərimizdən istifadə etməyi tövsiyə edir. Onun sözlərinə görə həmin qazlı içkilərin tərkibində vitamin, mineral, qida dəyəri, liflər və bu kimi digər faydalı heç nə yoxdur. Əksinə tərkibi sadəcə boş karbohidratlardır:

“Hazırkı vəziyyətdə bizə vitamin və mineral daha vacib olan maddələrdir, çünki, yay aylarında tər vasitəsi ilə soda, kalium kimi müxtəlif maddələr bədəndən atılır. Orqanizmin sağlamlığı üçün isə bunu geri almaq məcburiyyətindəyik. Ayran düzəldib içinə bir çimdik “qaya duzu”, “Naxçıvan duzu” yaxud “Himalay duzu” atıb qarışdırsaq sodanı bədənimizə geri qaytara bilərik. Ayrana süfrə duzu əlavə etmək olmaz. Vitamin və mineralları geri qaytarmaq üçün isə meyvə şirələrindən istifadə etmək olar. Lakin onu da uşaqlara vermək məsləhət deyil. Buna səbəb isə meyvə şirəsində PH dərəcəsinin aşağı düşməsi və liflərin olmamasıdır. Uşaqlarda bu qida dözümsüzlüyü yarada bilər.

Ağa bəy onu da söyləyir ki, istər uşaqlar istərsə də böyüklər üçün faydalı olacaq içkilərdən biri də kompotdur. Tərkibi liflərlə zəngin olduğu üçün həzmi də yaxşılaşdırır. Vitamin və mineralları sayəsində immun sistemini gücləndirir. Həm də kompot hazırkı dövr üçün stress və zehni yorğunluğu aradan qaldırmağa kömək edir. Buna görə də uşaqlar üçün meyvə şirəsi yerinə kompot içmək daha faydalıdır.

Mütəxəssisin tövsiyə etdiyi başqa bir milli içkimiz isə ballı şərbətdir, hansı ki immun sistemini gücləndirir, amma, şərbəti şəkərlə deyil balla hazırlamaq lazımdır:

“Ballı şərbət hazırlayıb üzərinə limon əlavə etdikdə sərinləndirən içki kimi qəbul edə bilərik. O bizim immun sistemimizi gücləndirəcək. Bildiyimiz kimi bal təbii antioksidantdır. Buda orqanizmdə olan zərərli bakteriyaları məhv edir”

Ağa bəy qəhvə içməyin əleyhinə olmasa belə tərəfdarı olmadığını da vurğuladı. Səbəb isə qəhvə içdikdən sonra yaranan yuxu problemidir:

“Nəzərə almaq lazımdır ki, hazırki dövrdə immun sistemini gücləndirmək üçün kompleks şəkildə sağlam qida ilə yanaşı yuxu da önəmlidir. Qəhvəni axşam saatlarında içmək olmaz. Bu xoşbəxtlik hormonlarının ifrazının qarşısını alır. Belə olan halda da yuxuya getməkdə problem yaranır. Əgər qəhvə içiriksə marketlərdə satılan, tərkibində əlavə dadlandırıcı maddələr, şəkər olanlardan çəkinmək lazımdır. Hətta ən təbii üyüdülmüş qəhvəni belə gün ərzində iki fincandan artıq içmək tövsiyə olunmur.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1092
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 39
Xəbər sayı: 0
_esger_yari_
Istide kondisioner soyuqda ataplena qalani bowdu))
14 oktyabr 2020 23:23
7
Şərh sayı: 328
Xəbər sayı: 0
Bal
Faydalıdır tşşşk
14 oktyabr 2020 16:40
6
Şərh sayı: 805
Xəbər sayı: 1
guzellik
Ozu saglam qoyum lazim
13 oktyabr 2020 17:36
5
sade semimi merbandan kino medcezir
Şərh sayı: 81108
Xəbər sayı: 30
BARBI
Eslinde su daha faydalidir.Sadece cay bizim milletimizde adetdir.Onsuz serinlemirler
13 oktyabr 2020 16:04
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Hmmm sərinləmək üçün soyuq içkilərdən çox istifadə edirəm
Təşəkkürlər
13 oktyabr 2020 14:52
3
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 723
Xəbər sayı: 0
_HeRBici_SeVgiLisi_
isdide çay nedii) hec sevmem çay ancaq su icirem oda soyuq)) isti icki sevmirem ) ancaq soyuq havadan asili olmayaraq)
13 oktyabr 2020 13:36
2
_HeRBici_SeVgiLisi_
Şərh sayı: 1101
Xəbər sayı: 0
♡Tək Nur♡
Maraqlı məlumatdı mən sərinləmək üçün sərin içkilərə üz tuturam amma çox zərərli imiş
13 oktyabr 2020 13:02
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri