Sağlamlığı qoruyan 10 ərzaq

Şərhlər: 7
Baxılıb: 1635
Səs ver:
(səs: 1)
Avropa Diyetoloqlar və Qastroenteroloqlar Assosiasiyasının ekspertləri insan sağlamlığı üçün ən faydalı olan 10 məhsulun adını açıqlayıb.

Balıq
Balığın istehlakı pis xolesterinin səviyyəsini aşağı salır, damarları qoruyur, beyinin qocalmasını ləngidir.

Yulaf yarması
Vitamin, mineral və zülallarla zəngin olan yulaf yarması bağırsaqlar üçün ən faydalı məhsullardan biri sayılır. Yulaf yarması bağırsaqların fəaliyyətini və mikroflorasını yaxşılaşdırır. Bu isə öz növbəsində immun sistemini möhkəmləndirir.

Pomidor
Pomidor likopin, qidalı liflər və kaliumun sayəsində arterial təzyiqi salır, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır və həmçinin orqanizmə xərçəng əleyhinə təsir edir.

Brokkoli
Bəzi alimlər brokkolini ən faydalı tərəvəz kimi qiymətləndirirlər. Sulforafan maddəsi sayəsində brokkoli mədə xorası, mədə və prostat vəzi xərçənginin riskini azaldır, zədələnmiş toxumaların bərpasını sürətləndirir

Kivi
Kivi polifenol maddələri ilə zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların dağıdıcı təsirində qoruyur. Polifenollar mədə və 12 barmaq bağırsağı xorasının inkişafının qarşısını alır, orqanizmə güclü iltihabəleyhinə təsir edir, ateroskleroz və damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Üzüm
Üzümün tərkibində insan orqanizmi üçün faydalı olan 150 (!) maddə və birləşmə var. Üzüm ürək-damar sistemi xəstəliklərinin riskini azaldır, damarlarda trombların əmələ gəlməsinin və xolesterinin yığılmasının qarşısını alır.

Avokado
Avokado ürək və damarları qoruyur, qanda şəkərin səviyyəsini tənzimləyir, şəkərli diabet xəstəliyinin riskini azaldır.

Yumurta
Yumurtanın müntəzəm istehlakı diabet və insultdan qoruyur, qocalmanı ləngidir.

Sarımsaq
Sarımsaq damarları xolesterindən təmizləyir, güclü xərçəng əleyhinə təsirə malikdir.

Zeytun yağı
Zeytun yağı orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, təzyiqi normallaşdırmağa kömək edir
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1635
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1036
Xəbər sayı: 6
♡R.X♡
Erzaqlarin hamisini yeyirem.Hamisini beyenirem.Ancaq baligi cox ele xoslamiram.
15 noyabr 2020 00:23
7
Şərh sayı: 334
Xəbər sayı: 0
Bal
Maraqlıdı tşkk
22 oktyabr 2020 14:37
6
Şərh sayı: 116
Xəbər sayı: 0
black_angel
Yumurta pomidor uzum kivi bunlar vazgecilmezimdir
21 oktyabr 2020 07:51
5
Şərh sayı: 1851
Xəbər sayı: 0
♡iLK NUR♡
Faydalı qidalardı hamısı
Təşəkkürlər
20 oktyabr 2020 17:08
4
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR!
Şərh sayı: 81246
Xəbər sayı: 30
BARBI
Her biri faydali mehsullardi.Mutleq her gun yemeliyik
20 oktyabr 2020 15:36
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 65
Xəbər sayı: 0
forever_love
qzlar komek edinnnnnn
20 oktyabr 2020 14:54
2
Şərh sayı: 1465
Xəbər sayı: 0
♡Tək Nur♡
bu məhsulların xeyirlərini bilirdim yenədə xatırlatdığınız üçün təşəkkürlər
20 oktyabr 2020 13:15
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri