Gizli xəstəlikləri İFŞA EDƏN QİDALAR

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 245
Səs ver:
(səs: 0)
Alim-gerontoloqlar Vladimir Xavinson və Svetlana Trofimova insanın müəyyən qidalara aslılığının müəyyən xəstəliklərə işarə etdiyini açıqlayıb.
Qadınla.Com xəbər verir ki, mütəxəssislər pendir və digər mayalanmış süd məhsullarına meylliliyin osteoporoz - sümük toxumasının quruluşunun pozulduğunu göstərdiyini qeyd edib.

Onların sözlərinə görə, bu cür qidalarda çox miqdarda kalsium və fosfor var ki, ağartı məhsullarını yemək istəyi də bədənin onlara çatışmazlığından qaynaqlanır. Mütəxəssislər əlavə edib ki, pendir yüksək kalorili qidadır, buna görə tərkibində faydalı elementlər olan brokkoli də onun sağlam əvəzləyicisi ola bilər.

Bundan əlavə, alimlər tez-tez şokolad yemək istəyinin insanın xroniki stress vəziyyətində olması ilə əlaqəli ola biləcəyini açıqlayıb. Bu məhsulda halsızlığı aradan qaldırmağa kömək edən amin turşusu triptofan var.

"Şirin kartof, ispanaq, kişmiş, qaraciyər və yulaf kifayət qədər miqdarda triptofan ehtiva edir", - mütəxəssislər məsləhət görüb.
Onlar həmçinin bildirib ki, acılı yemək istəyi bədəndə infeksiyaın və ya metabolik pozğunluğun ola biləcəyini göstərir. Bu vəziyyətdə mütəxəssislər kələm turşusu yeməyi məsləhət görüb.

Duzlu yemək yemək istəyi isə dehidrasiyadan xəbər verir. Odur ki, elm adamları gündəlik bədənin çəkisindən asılı olaraq lazımi miqdarda su içməyi məsləhət görürlər. Dondurma istəyi mədə-bağırsaq traktının problemlərini göstərə bilər. Mütəxəssislərin fikrincə, yüksək kalorili dondurma müxtəlif taxıl - yulaf, düyü və qarabaşaq yarması ilə əvəz edilə bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 245
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri