Alimlər diabetin inkişafına mane olan məhsul haqqında danışıb

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 169
Səs ver:
(səs: 0)
ABŞ-ın Boston şəhərindəki Coslina Diabet mərkəzinin endokrinoloqları, Landştul Regional Tibb Mərkəzindəki alman alimləri və Cənubi Koreyanın Seul şəhərindəki Kyoxni Universitetinin alimləri ilə birlikdə klinik araşdırma aparıblar.

Qadınla.Com bildirir ki, araşdırmalara əsasən, darçının qan şəkərinə nəzarəti yaxşılaşdırdığı məlum olub. Bundan əlavə, darçının 2-ci tip diabetin inkişafını yavaşlada biləcəyi məlum olub. Tədqiqatda 51 nəfər iştirak edib. İştirakçıların hamısı diabetə meyilli idi, lakin diaqnoz qoyulmayıb. 12 həftə ərzində iştirakçılara gündə üç dəfə 500 milliqram darçın kapsulu və ya plasebo verilib. "Apardığımız araşdırma, prediabetli iştirakçılarda, rasiona darçın əlavə etməklə sabit qanda, şəkər səviyyəsini qorumağa müsbət təsir etdiyini göstərdi. Bu nəticələr, darçının zamanla 2-ci tip diabet riskini azalda biləcəyini araşdırmaq üçün daha uzun daha böyük tədqiqatların aparılmasına əsas verdiyini göstərdi", - deyə məqalə müəllifi Culio Romeo bildirib.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri