Qanda şəkəri, xolesterini salan, ürəyi qoruyan İDEAL MƏHSUL

Müəllif: Ay_işığı
Şərhlər: 0
Baxılıb: 1785
Səs ver:
(səs: 0)
Qanda şəkərin artıqlığı şəkərli diabet və ürək xəstəliklərinin riskini artırır. Şəkər damarların daxili divarlarını zədələyərək ürək xəstəlikləri, insult və infarktın əsas səbəbi olan aterosklerozun inkişafını xeyli sürətləndirir.

Bildiyimiz kimi, ateroskleroz xəstəliyi zamanı damarlarda artıq xolesterin yığılır. Aterosklerozun inkişafı üçün 2 faktorun olması lazımdır – qanda artıq xolesterin və iltihablaşmış damarlar. Şəkər isə damarlarda iltihabı yaradan başlıca səbəbdir.

Quelf Universitetinin (Kanada) alimləri müşahidə və eksperimentlər zamanı aşkar ediblər ki, paxlalı bitkilərin (lobya, noxud, mərci və s.) müntəzəm istehlakı arterial təzyiq, şəkər və xolesterini aşağı salır.

Xolesterin, şəkər və təzyiq ürək-damar sistemi xəstəliklərinin inkişafında əsas rol oynayır. Bu səbəbdən onların səviyyəsi norma daxilində olduqda bu xəstəliklərin inkişafı riski də aşağı olur.

Food News nəşrinə istinadla bildirir ki, paxlalılar qanda şəkəri tənzimləyən zülalla zəngindir. Liflər sayəsində isə paxlalılar həm şəkər, həm də xolesterini salmağa yardım edir.

Həmçinin paxlalılar ürəyin sağlamlığını qoruyan bir çox vitamin və minerallarla (folatlar, kalium, maqnezium və s.) zəngindir. “Bütün bunlar da paxlalıları ürək üçün ideal məhsul edir” – kanadalı mütəxəssislər bildirirlər.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1785
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri