Sinir sistemini gücləndirən meyvə

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 2 401
Səs ver:
(səs: 1)
“Mütəmadi olaraq qədərində banan yemək ürəyə müsbət təsir göstərir və sinir sistemini gücləndirir”.

Bunu Seçenov Universitetinin Fərdi Tibb İnstitutunun sağlamlığı idarəetmə klinikasının həkim-dietoloqu Natalya Puqaçova deyib.

O xatırladıb ki, bananın tərkibində kalium, maqnezium, manqan və mis var: “Ürəyin normal işləməsi üçün kalium və maqneziuma ehtiyac var, üstəlik, onlar arterial təzyiqin tənzimlənməsində iştirak edirlər. Mis hemoqlobin və kollagenin sintezinə kömək edir, eləcə də zərərli maddələrin zərərsizləşdirilməsinə təsir göstərir. Manqan isə enerji mübadiləsi üçün vacibdir”.

Mütəxəssis qeyd edib ki, bananın tərkibində həmçinin çox miqdarda B6 vitamini - piridoksin var: “Bu vitamin sinir sisteminin sağlamlığı, hematopoez, antioksidan qorunması üçün vacibdir”.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri