Xərçəngin qarşısını alan UCUZ MƏHSUL: Hər gün yeyin!

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 1101
Səs ver:
(səs: 0)
Rusiyalı diyetoloq soğan zərər verməyən insanlara hər gün balaca bir soğan yeməyi məsləhət görür.

Diyetoloq Mixail Ginzburqun sözlərinə görə soğan xərçəng əleyhinə potensialı olan qidalardandır. “Bir çox insanlar aktivləşə biləcək yatan xərçəng ocaqlarına malikdirlər. Əgər iltihab yaranırsa və onun rüşeymləri şişlərə təsir edirsə, bu zaman yenitörəmələrin ekspansiv artımına səbəb olan proseslər baş verə bilər”, - deyə o teleefirdə bildirib.

Mütəxəssis deyib ki, xərçəngin “rüşeymi” qan damarlarından qidalanır. Bununla belə, xərçəng şişi qan damarlarına bitişəndə daha da böyüyür. Bəzi ərzaqların tərkibində bunun qarşısını alan maddələr var.

Ginzburgun fikrincə, soğan bədxassəli şişlərin böyüməsinə mane olan məhsullar sırasındadır.

“Soğanın tərkibində damarın divarlarını gücləndirən və soyuqdəymənin qarşını ala bilən kvertisin var. Soğan ilə yanaşı, sarımsaq, sarıkök, zəncəfil də onkostatik təsirə malikdir”, -deyə diyetoloq söyləyib.

Ginsburg, bu baxımdan antioksidantların böyük dozalarına malik olan qırmızı soğanın xüsusilə faydalı olduğunu bildirib.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1101
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri