"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil"

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 3 802
Səs ver:
(səs: 0)
Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdirici və dadlı olan bu bostan məhsulu insanları özünə cəlb etsə də, onun yetişdirilməsi zamanı istifadə edilən süni əngəllər insanlara qənim kəsilir.

Qeyd edək ki, qarpızın təbii halda yetişmə dövrü avqust ayıdır. Ancaq iyunun sonları və iyul ayı boyunca bu bostan məhsulunun satışına başlanır. Bu il qarpız satışı əvvəlkindən az olsa da, artıq mənfi təsirini göstərməkdədir. Lakin rəsmi olaraq bu məlumatlar hələ təsdiqini tapmayıb. Belə ki, təcili və təxirəsalınmaz yardım stansiyasından verilən məlumata görə, bu il qarpız zəhərlənməsi ilə bağlı heç bir fakt qeydə alınmayıb: "Müraciətlər ancaq ilan sancması ilə bağlı olub. Belə ki, bu il Pirallahı qəsəbəsində 2 nəfəri ilan sancıb. Hər iki şəxs müalicə olunaraq evə buraxılıb". Stansiyanın sözçüsü insanların maarifləndirməyə ehtiyacı olduğunu və hələlik qarpız mövsümü başlamadığı üçün bu bostan bitkisini yeməməyi tövsiyə etdi.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri