Yaşıl Çayın Təhlükəli Yönləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 544
Səs ver:
(səs: 1)

 

Yaşıl çayın yalnız faydalı yönləri haqqında məlumat eşitməyi adət etmişik. Onun istifadəsi uzun ömürlülüyün, cavanlığın və sağlamlığın təminatı kimi qələmə verilir. Lakin çox qəbul edildikdə bu bitkinin sağlamlığa neqativ təsiri haqqında məlumatlar aşkar edilmişdir.

İspaniyada aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, yaşıl çay hamilə qadınların sağlamlığına kifayət qədər pis təsir göstərə bilər. Hamilə qadın gündə iki və daha artıq fincan yaşıl çay qəbul edirsə onun orqanizmi fol turşusunu mənimsəyə bilmir.

Fol turşusunun isə ana bətnində uşağın sinir sisteminin formalaşmasında əvəzsiz rol oynadığı hamıya məlumdur. Bundan əlavə, yaşıl çay həvəskarları dəmir çatışmazlığından, anemiyadan əziyyət çəkirlər.

Bu yaxınlarda Nyu-Djersi universitetinin alimləri sübut etmişdilər ki, yaşıl çayın tərkibində olan polifenol birləşmələri qara ciyərin parçalanmasına gətirib çıxarır.

Təbii ki, bütün sadaladıqlarımız yaşıl çayın orqanizmə müsbət təsirlərini inkar etmir, amma necə deyərlər – Hər şey qədərində yaxşıdır. Və yaşıl çayı gündə iki fincandan artıq içmək məsləhət deyildir.

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 9 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri